خبرگزاری شبستان

سه شنبه ۳ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٨ شعبان ١٤٤٠

Tuesday, April 23, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, June 1, 2018 Xəbər kodu : 33738

Tehran cümə namazı xütbələri
Şəbistan Xəbər Agentliyi: Tehranın cümə namazı xətibi deyib ki, İslam müqaviməti cəbhəsi hər gün daha artıq təravət və şövqlə hegemonçuluq sisteminin və Amerikanın qarşısında rol oynayır.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Höccətül - islam vəl - müslimin Məhəmməd Həsən Əbu Turabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində düşmənin İslam ümməti və İranın islami quruluşunun qələbələri qarşısındakı təhdidlərinə toxunaraq, əlavə edib: Dünya imperializminin regionda öz qanunsuz maraqlarının təmini üçün dayandığı və İslam və İran İslam İnqilabı təfəkkürünün nüfuzundan nigaran olduğu zaman İslam müqaviməti öz yolunda inamla addımlamalıdır.

 

Tehranın cümə namazı xitabətçisi İslam ümmətinin bağlılığının Fələstin, Yəmən, İraq və Livan xalqlarını İslam İnqilabının və İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri sayəsində bir yerə topladığını bildirərək, deyib: İslami İran var gücü ilə Amerikanın tamahkarlıqları qarşısında dayanıb və mütləq özünün islami amallarına nail olacaqdır.

 

Höccətül - islam vəl - müslimin Əbu Turabifərd İran İslam Respublikasının regiondakı hazırkı qüdrətinin hər zamandakından daha çox olduğunu bildirərək, söyləyib: Amerikanın muzdurlarının Suriya, İraq, Livan və Yəməndəki vasitəli savaşları Vaşinqtonu uçuruma sürükləyir.

 

O, bildirib ki, Amerika bu gün İslam ümmməti ilə mübarizə qüdrətinə malik deyil. Əbutorabifərd əlavə edib: Amerika ardıcıl şəkildə İslam müqavimətindən və İslam ümmətindən şillələr alır.

 

Tehranın cümə namazı xitabətçisi həmçinin İslam ümmətinin bugünkü vəhdətini İmam Xomeyni(r.ə)-in 15 xordad qiyamının nailiyyəti adlandırıb və belə söyləyib: İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə.) dünya xalqlarının imperializm qarşısında dayanması yolunu yaratdı.

 

http://www.shabestan.ir/detail/News/708834

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده