خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis Əsas səhifə Zaman :   Wednesday, May 30, 2018 Xəbər kodu : 33724

Fransa Tehranda vəziyyəti qarışdırmaq üçün Suriyada baza yaradıb
RT bildirir ki, əslində Suriya münaqişəsində əsas hədəf İran olub və bunu növbəti fakt təsdiq edir.

Tehranda vəziyyəti qarışdırmaq üçün fransızlar Suriyada iran kürdlərindən döyüş bölməsi yaradır. FaktXeber.com-un məlumatına görə, bu barədə RT öz mənbələrinə istnadla məlumat yayıb. Bildirilir ki, Fransa xüsusi təyinatlıları ilə birlikdə səhraya onların nümayəndələri də gəlib.

 

RT bildirir ki, əslində Suriya münaqişəsində əsas hədəf İran olub və bunu növbəti fakt təsdiq edir.

 

Bir müddət əvvəl  fransız xüsusi təyinatlılarının Suriyanın şərq əyalətlərində peyda olmaları barədə məlumat yayılmışdı. Fransa hərbi kalonu azmışdı və təsadüfən kürd blokpostunun əvəzinə  hökumət bölokpostuna getmişdi.

 

Bu, Fransa xüsusi təyinatlılarının Suriyada mövcudluğunun ilk real fotosübutu idi.

 

RT öz mənbələrinə istinadla bildirir ki, həmin vaxt fransızlar tək olmayıblar.

 

«Dəclə çayı üzərində qurulan sərhəd keçid məntəqəsində (hansı ki, İraq və Suriya kürdləri arasında rabitəni qurmaq üçün xüsusi tikilmişdi) fransız hərbçilərin  Kürdüstan  Fəhlə Partiyasından yüksək çinlilər qarşılamışdı», - deyə informator nəşrə bildirib.

 

Ümumilikdə vəziyyətdə qəribəlik yox idi – çünki fransızlar kürd qruplaşmaları olan Suriya Demokratik Qüvvələrinin tərəfindən döyüşmək üçün gəlmişdilər. Ancaq bir maraqlı nüans diqqəti cəlb edib. Belə ki, onların arasında 20-yə yaxın iran kürdləri olub. 

 

Başqa bir mənbə də RT-yə təsdiqləyib ki, fransızlarla birlikdə SDQ-yə  ancaq iranlı kürdlərdən ibarət dəstə gəlib – fransız

hərbi intsruktorların rəhbərliyi ilə bu bölmə Suriyada  döyüş  təcrübəsi toplamalı idi.

 

Sual oluna bilər: NƏ ÜÇÜN?

 

Qərb özünə sərf etməyən hökumətləri elə özünün idarə etdiyi ölkə sakinlərinin əli ilə yıxmaqla dəfələrlə istəyinə çatıb.

 

Buna görə  İranda məhz  kürd mili azlığı  əsas qarışdırıcı fakt ola bilər. İranda kürdlər çox deyil, ancaq bu daha dəqiq işləməyə kömək edir.

 

Digər tərəfdən 10 faiz əhali – bir yumruğa çevrilərsə kifayət qədər gücdür. Milli ambisiyaları zəminində, savadlı piar dəstəklə, həmçinin döyüş təcrübəsi və muxtariyyət iddiaları ilə İran kürdlərini birləşdirmək asandır.

 

Beləliklə İranda kürdlərin ambisiyaları var, piar dəstəyi onlara (Səudiyyə və Qətərin nəzarətində olan) ərəb və Qərb mediası verəcək, qalan iş də döyüşçülərindir.

 

Belə görünür ki, Suriyadakı fransızlar da məhz belə bir quruluşun yaradılması ilə məşğul olurlar.

 

İranlı kürdlərdən ibarət bölmənin yaranması çətin ki təsadüf, yaxud da İŞİD qalıqları ilə qəfil döyüşmək arzusu adlandırmaq olar. Bəs bu günə kimi onlar harda idi? Axı indi demək olar ki, orda döyüşməyə heç kim qalmayıb. Ancaq NATO mütəxəssislərinin  rəhbərliyi altında  döyüş təcrübəsi yığmaq üçün Suriya əla poliqondur.

 

Belə görünür ki, Tramp təkcə İran  nüvə proqramını pozmaq deyil, həmçinin  Tehrana qarşı öz qüvvələrini daha risqli əsasda sınamaq niyyətindədir. Fransanın və onun hərbçilərinin  bu məsələdə rolu isə aydındır: Makron Tolstoydan olan sitatları ilə böyük siyasətçi kimi özünü təsdiq  arzusuyla yaşayır. Ancaq SV-də döyüş barədə sətir olmadan tarixə düşmək olmur. Trampla hərbi  birlik ona bu imkanı tanıyır.

 

«Görək İran nə cavab verəcək. Çünki İslam İnqilabı Keşikçiləri Korpusu da az aşın suyu deyil», - deyə nəşrdə bildirilir.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده