Servis Əsas səhifə |
|
Zaman : |
Wednesday, May 30, 2018 |
|
Xəbər kodu : |
33721 |
Məscidlər İslam mədəniyyətinin cilvələridir
Şəbistan Xəbər Agentliyi: Məscidlər İslam mədəniyyətinin cilvələridirlər. Bu müqəddəs məkanlar bizim həyatımızın müxtəlif sahələrini əhatə edirlər. Hər bir məscidin memarlığı İslam sivilizasiyanın təcəllisi, tərənnümü və nümunəsidir. Quranda məscidlərin Allaha və axirətə iman gətirən insanlar tərəfindən abadlaşdırıldığı göstərilir.
|
“Müharibə illərində gənclər cihad paltarı geyirdilər ki, xalq izzət və başıucalıq libası geyə bilsin”.
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, dünən İmam Hüseyn (ə) adına Zabitlər Məktəbində məscidin açlış mərasimi keçirilib. Məscid İmam Həsən (ə) adı daşıyır.
Məsciddə general - mayor Hüseyn Səlami çıxış edib. O, öz çıxışında deyib: Müharibə illərində gənclər cihad paltarı geyirdilər ki, xalq izzət və başıucalıq libası geyə bilsin. Onlar imamət yolunda, din yolunda canlarını fəda etdilər.
Düşmən ölkənin dərinliyinə yeriyəndə məsciddən qalxan cavanlar səfərbər oldular. Biz o çətin dövrü başa vurduq. Dini rəhbərliyin ilhamverici məsləhətləri ilə çətinlikləri arxada qoyduq. İndi görün bizim düşmənimiz hardadır, biz hardayıq.
Məscidlər İslam mədəniyyətinin cilvələridirlər. Bu müqəddəs məkanlar bizim həyatımızın müxtəlif sahələrini əhatə edirlər. Hər bir məscidin memarlığı İslam sivilizasiyanın təcəllisi, tərənnümü və nümunəsidir.
Quranda məscidlərin Allaha və axirətə iman gətirən insanlar tərəfindən abadlaşdırıldığı göstərilir.
http://shabestan.ir/detail/News/708157