خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 30, 2018 Xəbər kodu : 33716
Məhdəviyyat nəşriyyat bazarında……
Az yaşlı uşaqlara Allahı tanıtdırmaq “Yağış” kitabında
Şəbistan xəbər agentıiyi: Bu yaxınlarda on beş cildlik Allahı tanıtdırmanın təlimi mövzusunda “Yağış” kitabı “A” və “B” yaş həddi üçün Müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfdən çap olundu.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin Müqəddəs Cəmkəran məscidinə istinadən verdiyi xəbərə əsasən Höccətül-islam Seyid Məhəmməd Mühacirani “Az yaşlıların Allahşünaslığı” məcmuəsinə işarə edərək dedi ki, bu əsər yenicə on beş cilddə Müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfdən “A” və “B” yaş həddi üçün çap olunmuşdur. Kitabın hər cildi Allahın xüsusiyyətlərindən biri açıqlayır.

 O, bildirdi ki, kitabın bir cildinin adı “Səma”-dır. Bu kitabda uşaqlara açıqlama verilir ki, səma müxtəlif fəsllərdə və günün müxtəlif saatlarında cürbəcür forma və rəng alır. Səmanın günün əvvəli, gecə və gecə yarı rənfi eyni deyil. Eləcə də müxtəlif fəsllərdə səmanın rəngi dəyişir. Payızda və qışda səma buludlu, yağışlı və qarlı, yay fəslində isə günəşli olur.

 Mühacirani dedi: Səma kitabında uşaqlara açıqlama verilir ki, hər bir fəsldə və hər bir saat səmanın bir sıra gözəllikləri bizə göstərilir. Bu Allahın bizə olan lütfüdür. Əgər hər gün və həmişə səma qaranlıq olsaydı, necə olardı? Allah səmada dəyişiklik edərək, bizə lütf etmişdir. Səmanın daim qaranlıq olmaması nə qədər də gözəldir.  “Belə olmaması nə qədər də gözəldir” –cümləsi kitabın bütün cildlərində təkrar olunur.

http://shabestan.ir/detail/News/708306

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده