خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 29, 2018 Xəbər kodu : 33700
Biz müntəzirik;
İnsanların dünya və axirəti iki dəstə imamların əlindədir
Şəbistan xəbər agentliyi: İmamət məsələsi müsəlmanlar və ya şiələrə məxsus olan bir mövzu deyil. İmamət yəni, bir şəxs və ya bir qrup bir cəmiyyətə hökmranlıq edir və onları dünya, mənəviyyət və axirət məsələsidəki hərəkət istiqamətini müəyyənləşdirir.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət və Qədir bölməsinin verdiyi xəbərə görə Həsən Mollayinin qələmə aldığı "Biz müntəzirik (Həzrət Ayətullah Xameneinin təfəkküründə Məhdəviyyət günəşi) " kitabında " yazılır:

          İnsanların dünya və axirəti  iki dəstə imamların əlindədir

İmamət məsələsi müsəlmanlar və ya şiələrə məxsus olan bir mövzu deyil. İmamət yəni, bir şəxs və ya bir qrup bir cəmiyyətə hökmranlıq edir və onları dünya, mənəviyyət  və axirət məsələsidəki  hərəkət istiqamətini müəyyənləşdirir. Bu bir ümumi və bütün bəşərə aid olan məsələdir.

Bu imam iki cür olan bilər: Biri Allah mütəalın Quranda buyurduğu imamdır:

«وَ جَعَلْناهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنا وَ أَوْحَيْنا إِلَيْهِمْ فِعْلَ الْخَيْراتِ وَ إِقامَ الصَّلاةِ وَ إِيتاءَ الزَّكاةِ وَ كانُوا لَنا عابِدِينَ»

Bu elə bir imamətdir ki, Allahın məri ilə insanları hidayət edir. İnsanları təhlükələrdən, süqutlardan və azğınlıqlardan qoruyur. Onları bəyənilən insan həyatına (ki, Allah bu həyatı insane verib) çatdırır və ona tərəf hidayət edir. Bu bir cür imamdır ki, onun nümunəsi Allahın peyğəmbərləridirlər. Onlardan biri də İslam peyğəmbəridir (s) ki, İmam Baqir (ə) Minada insanlara buyurdu:

«انّ رسول الله کان هوالامام».

İkinci dəstə isə:

«وَ جَعَلْناهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ»

Bu ayə Firon haqda nazil olub. Firon da imam idi. Amma insanları cəhənnəmə və həlakətə dəvət edən imam.

http://http://shabestan.ir/detail/News/708120

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده