خبرگزاری شبستان

دوشنبه ۱۱ مهر ۱۴۰۱

الاثنين ٨ ربيع الأوّل ١٤٤٤

Monday, October 3, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, May 28, 2018 Xəbər kodu : 33697

Həsən Ruhani Respublika Günü münasibəti ilə İlham Əliyevi təbrik etdi
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının prezidenti Azərbaycan Respublikasının milli gününün gəlib çatması münasibətilə bu ölkənin dövlət və xalqını təbrik edib.

 

 

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə əmin olduğunu bildirib ki, müxtəlif sahələrdə inkişaf etməkdə olan Tehran-Bakı əlaqələri iki xalq arasındakı bağlılıqlara söykənməklə və iki ölkənin yüksək vəzifəli rəsmilərinin siyasi iradələri sayəsində daha da güclənəcək və möhkəmlənəcəkdir.

 

Ruhani Azərbaycan Respublikasının dövləti və xalqına uğur, rifah və xoşbəxtlik arzu edib.

 

 

Məktubda deyilir:

 

 

“Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi və səyləri sayəsində xalqlarımızın ortaq dəyərlərinə əsaslanaraq, daha da möhkəmlənəcək və genişlənəcək. Bu əlamətdar gündə Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və səadət arzulayıram”.

 

 

Mayın 28-i, Azərbaycan Respublikasının milli günü kimi hər il bu ölkənin dövləti və xalqı tərəfindən qeyd olunur.

 

http://shabestan.ir/detail/News/708001

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده