خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, May 28, 2018 Xəbər kodu : 33692
Məhdəviyyət üzrə ekspertin Şəbistanla müsahibəsi:
Məscid; zühur üçün mütəxəssis yetişdirən mərkəz
Şəbistan xəbər agentliyi: İmam Zamanın (ə) ideal dövlətində məscid İmam Mehdinin (ə) hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscid müntəzirləri təlim və tərbiyə mərkəzi olmalıdır. Yəni, məscidlər zühur üçün mütəxəssislər yetişdirməlidir.

Qum şəhərinin İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Mehdi Yusifiyan Şəbistan xəbər agentliyinin Məhdəviyyət mərkəzinə verdiyi müsahibəsində məscidlərin müntəzir həyat tərzinin təbliğindəki rolu, bu mərkəzin mütəzirlərin və Mehdi tərəfdarlarının tərbiyəsinə təsiri haqda dedi: Məscidlər İslam dinin yayıldığı önəmli məkanlardandır. Daim bu məkanlara İslam mərkəzləri adı verilib. İslam peyğəmbərinin (s) həyatına baxanda görürük ki, Həzrət Mədinəyə hicrət etdikdən sonra ilk gördüyü iş məscid tikmək oldu. Bu hərəkət məscidin əhəmiyyət  və önəmini açıqladı.

 O, bildirdi ki, yer üzündə müxtəlif məqsədlərlər cürbəcür binalar məsələn: ticarət, müalicə, əyləncə və təlim-tərbiyə məqsədi ilə tikilsə də məscid Allaha ibadət, razü-niyaz və Vahid olan Allahın qarşısında təvazö və müti olmaq məqsədi ilə tikilir. İslamda məscidə getməyin savabları haqda çoxlu  buyuruqlar gəlmişdir. Çünki məscid Allahla insanı biriləşdirən möhkəm bir vasitədir.

 Höccətül-islam Yusifiyan mübarək Nisa surəsinin 59-cu ayəsinə toxunaraq

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ...»

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə (s) və özünüzdən olan (Allah və Rəsulu tərəfdən təyin olunan) əmr sahiblərinə itaət edin.”-bildirdi ki, Allah bəndələrinin ona tərəf olan hərəkətini proqramsız buraxmır. Bəlkə bu sahədə hidayətçilər təyin edib ki, insanları Ona tərəf hidayət etsinlər.

http://shabestan.ir/detail/News/706311

 

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده