خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 24, 2018 Xəbər kodu : 33643

Ayətullah Xamenei Urmiya şəhərinin sabiq imam cüməsinin ölümü münasibətilə başsağlığı verib
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Höccətül - islam vəl - müslimin Qulamrza Həsəninin vəfat etməsi münasibətilə başsağlığı veriblər

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ali Rəhbər Ayətullah Xamenei bir müraciətdə Urmiyyənin sabiq imamcüməsi, fədakar və mücahid din xadimi höccətulislam Hacı Şeyx Qulamrza Həsəninin vəfat etməsi münasibətilə başsağlığı veriblər.

Həzrət Ayətullauluzma Xameneinin müraciətinin mətni belədir: Bismillahir-rəhmanir-rəhim. Şücaətli, fədakar və mücahid ruhani höccətulislam cənab Hacı Şeyx Qulamrza Həsəni rəhmətullah ələyhin vəfat etməsi münasibətilə o mərhumun ailəsinə və onu istəyənlərə, möhtərəm ruhaniyyətə, həmçinin Urmiyyənin və Qərbi Azərbaycanın inqilabçı əhalisinə başsağlığı verirəm. O mərhumun istər döyüş səngərlərində, istər uca imamcüməlik mövqeyində, istərsə də müqəddəs müdafiə dövründə və ya daxili muzdur əks-inqilabçılar qarşısındakı illər boyu ardıcıl və hərtərəfli mübarizələri bir inqilabçı və mübariz ruhaninin həyat dəftərindən təkrarolunmaz və ölməz vərəqlərdir. Allah-Taaladan o mərhum üçün rəhmət, bağışlanma və yüksək dərəcələr diləyirəm.

Seyyid Əli Xamenei

2 xordad 1397-ci il (23 may 2018 - ci il)

 

Qeyd edək ki, mərhum  Höccətül-islam Həsəni  may ayının mayın 21-i axşam saatlarında 91 yaşında  vəfat edib.

 

http://shabestan.ir/detail/News/707036

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده