خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, May 22, 2018 Xəbər kodu : 33615

Məscidə yanlış baxış formalaşmışdır
Şəbistan Xəbər Agentliyi: Müsibətin də kökü bundan ibarətdir ki, biz peyğəmbərimizi həyatın bütün sahələrində örnək kimi qəbul etmirik. Bu baxış aradan gedməyincə problemlərin içində qalacağıq.

 

İranda fəaliyyət göstərən Quds məscidinin imam cüməsi Seyid Möhsin Duayi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində dedi: Çox təəssüflər olsun ki, biz böyük bir müsübətlə üzləşmişik, o da peyğəmbərimizdən nümunə və ülgü götürməməkdir. Belə ki, bizim dini meyarlar və modellərdə istifadə etdiyimiz örnəklər peyğəmbərimizin örnəklərindən çox fasilədə durur.

 

 

Müsibətin də kökü bundan ibarətdir ki, biz peyğəmbərimizi həyatın bütün sahələrində örnək kimi qəbul etmirik. Bu baxış aradan gedməyincə problemlərin içində qalacağıq. İki yolumuz vardır: ya açıq elan edək ki, biz islamı ancaq formal olaraq, bir ad kimi olaraq qəbul etmişik və bütün standartlarımızı qərbdən gələn modellər əsaslarla quraq. Şübhəsiz ki, bunun acı nəticələrini dadacağıq. Çünki küfrə dayanan bir sistemdir. İkinci variant da bundan ibarətdir ki, var gücümüzlə peyğəmbərə iqtida etmək, ondan ülgü və model götürmək hərəkatına başlayaq. Həmin cürə ki, Quran bunu bizə təqdim edir. Nəticəsi isə xoşbəxt həyat və gözəl gələcək olacaqdır.

 

 

Məscid islam memarlığında və peyğəmbərimizin təqdim etdiyi şəhərsalma memarlığında şəhərin mərkəzi və aparıcı qurumu kimi çıxış edirdi. Buna görə də şəhərimizdə məscid qütb rolunu oynamalıdır. Lakin bizim şəhərlərimizdə isə məscid bir küncə, bir haşiyəyə sıxışdırılır. Əksinə, ya hansısa bir zavod və ya hansısa birəyləncə mərkəzi isə gətirilib şəhərin mərkəzində yerləşdirilib. Məscidə bu cürə baxış düzgün deyildir.

 

 

http://shabestan.ir/detail/News/706432

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده