خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 22, 2018 Xəbər kodu : 33614

İmanın son qülləsi
Şəbistan Xəbər Agentliyi: Allahın hökmləri olan yerdə sual yoxdur, insan təslim olmalıdır. Çünki Allahın əmrləri qabağında təslim olmaq bir müsəlmanın xüsusiyyətidir. Din dəğdəğəsi önəmli bir məsələdir. İnsan öz dinində sabit qədəm olmalıdır. Bunun üçün də Allahın əmrləri qabağında təslim olmalıdır.

“Allaha təvəkkül etmək, Allahın əmirlərinin qabağında təslim olmaq, Allahın təyin etdiyi təqdirə razı olmaq imanın ən son həddidir”.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Höccətül-İslam Nasir Rəfii dünən İranın Qum şəhərində yerləşən Həzrəti Məsumənin (s) ziyarətgahında oruc tutanların qarşısında çıxış edib.

 

 

O, öz çıxışında deyib: Müsəlman bir fərdin xüsusiyyətlərindən biri də onun Haqqın qarşısnda təslim olmasıdır. Allahın fərman və əmrinə tabe olmasıdır. O, ilahi təqdirə razı olub Allaha təvəkkül edir və bununla da imanın son qülləsinə çatır. Deməli, Allahın fərmanları qarşısında təslim olmaq müsəlman bir şəxsin spesifik və özəl xüsusiyyətlərindən biridir.

 

 

İnsanlar vəzifə və öhdəliklərin qabağında üç dəstədirlər. Bəziləri vəzifəni qəbul edillər. Allahın göstərişlərinə əməl edillər. Bəziləri o vəzifədən qaçırlar. Müxtəlif bəhanələr ilə oruc tutmur, namaz qılmırlar. Bəziləri isə vəzifəyə qarşı çıxırlar. Yəni onu inkar edirlər. Məsələn belə deyirlər: kim deyib namaz qılıb, oruc tutmaq lazımdır. İkinci və üçüncü dəstənin üzvüləri “aqibət bə xeyir” ola bilməyəcəklər.

 

 

Allahın hökmləri olan yerdə sual yoxdur, insan təslim olmalıdır. Çünki Allahın əmrləri qabağında təslim olmaq bir müsəlmanın xüsusiyyətidir. Din dəğdəğəsi önəmli bir məsələdir. İnsan öz dinində sabit qədəm olmalıdır. Bunun üçün də Allahın əmrləri qabağında təslim olmalıdır.

 

 

http://shabestan.ir/detail/News/706701

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده