خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 22, 2018 Xəbər kodu : 33611
Höccətül-islam vəl-müslimin Qərəni
İbadətlərin qəbul olunmasının şərti Peyğəmbərin (s) və Məsum İmamların (ə) vilayətini qəbul etməkdir
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Allah bizim ibadətlərimizi yalnız Peyğəmbərin (s) və Məsum İmamların (ə) vilayətini qəbul etməklə qəbul edər.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Qərəni mübarək Ramazan ayı münasibəti ilə Tehran Məhdiyyəsində keçirilən mərasimdə çıxış edərək dedi: Böyüklər və İslam alimlərinin buyurduğu kimi Rəcəb, Şaban və Ramazan ayları mənəviyyat sahəsində bir-birlərinə bağlı aylardırlar.

O, əlavə etdi ki, Rəcəb ayı Allahın Vəlisinin ayı, Şaban ayı Peyğəmbərin (s) ayı və Ramazan ayı Allahın ayıdır. Şaban ayını dərk etmək üçün Rəcəb ayında mənəviyyat dolu bir həyat sürmək lazımdır. Habelə Ramazan ayını dərk etmək üçün Şaban ayında mənəviyyatla məşğul olmaq lazımdır.

O, sözünü belə davam etdirdi ki, biz Peyğəmbərin (s) dərk edə bilmək üçün əvvəl gərək İmam Əlinin (ə) vilayət məktəbində dərs öyrənmək lazımdır.

O, istər şiə olasun, istərsə də sünni bütün müsəlmanların bu günkü problemlərinin səbəbi Vilayət məsələsinə kifayət qədər diqqət etməməkdədir. İnsan Allaha yetişmək üçün özünü Peyğəmbərin (s) əxlaqı ilə bəzəməlidir. Bu da ilahi övliyaların yəni məsum mamların vasitəsi ilə mümkün olur.

O, cəmiyyətin fərdi və ictimai problemlərinin mehribanlıq və mürüvvətlə həll olunduğuna işarə edərək dedi: Bu gün insanların problemlərinin bir çoxu onların mehribansızlığından irəli gəlir. Çünki Allah insanın qəlbini rəhmət və mehribanlıq yeri qərar vermişdir. Belə olmayan şəxslərlə Allah da rəhməti ilə davranmayacaq.

Elmi hövzənin ustadı dedi: Allah bizim ibadətlərimizi yalnız Peyğəmbərin (s) və Məsum İmamların (ə) vilayətini qəbul etməklə qəbul edər.

http://shabestan.ir/detail/News/706063

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده