خبرگزاری شبستان

پنج شنبه ۲۵ مرداد ۱۳۹۷

الخميس ٥ ذو الحجّة ١٤٣٩

Thursday, August 16, 2018

Servis Əsas səhifə Zaman :   Tuesday, May 22, 2018 Xəbər kodu : 33610
Höccətül-islam vəl-müslimin Pənahiyan
Ramazan ayında Allahın mehribanlığını dərk etmək Quran tilavət edib və onun barədə düşünməklə mümkündür
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allahın rəhməti Onun fəzlindən irəli gəlir. Ramazan ayı bu fəzli bəndələrinə əta etmək üçün Allahın bir bəhanəsidir. Quran ayələrini çox tilavət edib və onlar barədə fikirləşməklə ilahi fəzli dərk edin.

 Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzə və universitet ustadı Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan Fələstin meydanında yerləşən İmam Sadiq (ə mübarək Ramazan ayının gecələri münasibəti ilə keçirilən mərasimdə çıxış edərək dedi: Biz ilahi rəhməti dərk etmək üçün əvvəl xilqət aləminin vəziyyətinə diqqət etməliyik ki, onun ən önəmli xüsusiyyəti nizam, möhkəm iş görmək və istiqamətli olmaqdır.

O, əlavə etdi ki, bu aləmdə dəqiq hesab-kitab və nizam-intizamla əgər biz səhv etsək, mütləq onun nəticəsini görməliyik. Amma Allah Öz rəhməti ilə bizə fürsət vermişdir.

O, bu fürsət barədə dedi ki, dünyanın nizamlı olmasının təzahürlərindən biri zamandır ki, rəhimsizliklə keçməkdədir. Amma Allah keçmişi islah etmək vədəsini verdiyi zaman həqiqətdə bu qanun və yerin və zamanın rəhimsizliyi arasında Öz lütfünü göstərir.

O, qeyd etdi ki, Allahın rəhməti saleh əməllərin qarşılığı deyil, həqiqətdə aləmin qanunlarından xaricdə olan bir məsələdir.  

Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allahın rəhməti Onun fəzlindən irəli gəlir. Ramazan ayı bu fəzli bəndələrinə əta etmək üçün Allahın bir bəhanəsidir. Quran ayələrini çox tilavət edib və onlar barədə fikirləşməklə ilahi fəzli dərk edin.

http://shabestan.ir/detail/News/706062

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده