خبرگزاری شبستان

دوشنبه ۲۸ خرداد ۱۳۹۷

الاثنين ٥ شوّال ١٤٣٩

Monday, June 18, 2018

Servis Əsas səhifə Zaman :   Monday, May 21, 2018 Xəbər kodu : 33607

Mübarək Ramazan ayındakı bərəkətlər
Ramazan ayı, (elə) bir aydır ki, insanlara doğrunu bildirən, doğruluğa aid açıq-aydın dəlillərdən ibarət olan və haqla batilin ayırd edən Quran, bu ayda endirildi. (Bəqərə/185)

Bismillahir-rəhmanir-rəhim

 

Ramazan ayı, (elə) bir aydır ki, insanlara doğrunu bildirən, doğruluğa aid açıq-aydın dəlillərdən ibarət olan və haqla batilin ayırd edən Quran, bu ayda endirildi. (Bəqərə/185)

 

Allaha həmd olsun ki, bizlərə verdiyi həyat nemətini davam etdirdi də yenidən Ramazan ayına yetişdik. Allahdan bu şərif ayın bərəkətlərindən istifadə edə bilmə tofiqini arzulayırıq.

 

 Ramazan ayının hər saatı, hər dəqiqəsi, hər anı bərəkətlərlə doludur. Bu ay, aləmlərin Rəbbi olan Allahın ziyafət ayıdır. Bu ayda bir ayə oxumaq, digər aylarda Quran xətm etmək kimidir. Həmçinin bu ayda qılınan iki rükət müstəhəb namaz, başqa aylarda qılınan iki rükət vacib namaza bərabərdir.

 

 Eyni şəkildə bu ayda Allah yolunda bir dirhəm sədəqə vermək də, digər aylarda yetmiş dirhəm sədəqə vermək kimidir. Həqiqətən də bu, nə böyük bərəkətdir! Allah, bizə bu bərəkətdən istifadə tofiqi versin ki, gündüz və gecələrindən, zikr və dualarından faydalanaq.

 

Bir rəvayətdə belə buyurulmuşdur:

 

 Bir qrup insan Allahın evində (məscidlərdə) bir yerə toplanır və Quran oxuyar, öyrənər və ya öyrədərsə, Allahın rəhməti onları bürüyər və mələklər onları hər tərəfdən əhatə edər. Bu səbəblə, xüsusilə də Ramazan ayında Quran tolantılarına çox əhəmiyyət verin.

 

 Hər şeyin bir baharı vardır. Quranın baharı isə nazil olduğu Ramazan ayıdır.

 

 Oruc halında aclıq nə qədər də böyük bir mənəvi nemətdir! İnsan o halda Allaha, mümkün qədər yaxın olur. İnsanın qarnı dolu olanda, Allahdan uzaqlaşır. Belə ki, başqa bir rəvayətdə belə deyilir:

 

 Qulun Allah yanındakı ən pis halı, qarnının dolu olduğu zamandır. Bunu özün də anlaya bilərsən. Qarın dolu olduğu halda ruhaniyyət və mənəviyyat az olduğundan, mənəvi idrak və anlayış tamamilə yox olur.

 

 İnsanı lətif edən, mənəvi anlayış və idraka hazırlayan, Quranın qiraətindən və Allahın zikrindən ləzzət almasına səbəb olan amil, aclıqdır.

 

Bir rəvayətdə bunlar deyilir:

 

 Mədinənin kənarından gələn üç nəfər Rəsulullahın (s.ə.a.) hüzuruna gəlmək istəyirdilər. Ancaq Mədinəyə axşam girdikləri üçün öz aralarında belə danışdılar: "Əgər hər üçümüz axşam Rəsulullahın (s.ə.a) evinə getsək, onu narahat edə bilərik. Bu səbəblə hər birimiz bir yerə gedək".

 

 Biri, "Mən Peyğəmbərin (s.ə.a) evinə gedirəm" dedi. Digəri, "Mən də Əlinin evinə gedirəm" dedi. Üçüncüsü isə "Mən də Allahın evinə qonaq olmaq üçün məscidə gedirəm" dedi. Ertəsi gün hər üç kişi məsciddə bir araya gəldikdə, bir-birinə başlarından keçəni danışmağa başladılar.

 

 Birincisi, "Məni, Peyğəmbər (s.ə.a) özü üçün ayırdığı südə ortaq etdi. Mən də südümü içib yatdım" dedi. İkincisi, "Mən də Əlinin yeməyinə şərik oldum. Yeməyimi yeyib yatdım" dedi. Üçüncüsü isə, "Mən aclıq çəkdim və yata bilmədim" dedi.

 

 Bu hadisə barədə Peyğəmbərə (s.ə.a) belə vəhy olundu: "Qonağımıza de ki, aclıqdan daha yaxşı bir ziyafət olsaydı, şübhəsiz, ondan əsirgəməzdik". (Qüdsi Hədis)

 

 Qonağı qəbul etmənin, onun qarnını doydurmaq olduğunu zənn etməyin. Dolu qarın, həm cismi və həm də ruhu zəhmətə salır. Buna görə də insan ölümü unudur və qəlbinin (xüşusu) itaəti, yumşaqlığı və əmin-amanlığı itir. Reallıq odur ki, nə qədər rəhmət və bərəkət vardırsa, aclıq və az yeməkdədir.

 

Allah quluna orucu vacib etməklə ona ehsan vermişdir. Amma bəziləri üçün oruc çətindir və birdən-birə yeməyi azaltmağa taqəti yoxdur. Lakin mərifət əhli olan kəslər belə deyillər.

 

İmam Zeynalabdin (ə) Ramazan ayına xitabən belə buyurur:

 

 Salam olsun sənə ey övliyanın bayramı!...

 

 Ramazan ayının ilk günü vəlilərin (Allah dostlarının) bayramıdır. Çünki bu gündən başlayaraq şəhvətlər və nəfsi istəklər azalır, insan rahatlıq tapır. Sair günlərdə həmişə mədəmizi düşünürdük, günün ortasında maddiyyat ardınca qaçırdıq. Amma bu gün, günün ortasında Allahın zikr və mərifətinin ardıycayıq. Dünən bu vaxtlar qarnını doydurmaq ardınca idin, amma bu gün axirət səfəri üçün faydalı şeylər eşitmək, elmini artırmaq, dünəninin və bu günün hesabını apararaq səadət yolunu öyrənmək fikrindəsən.

 

 Heyvani cəhətlərə də zərurət miqdarında diqqət etmək lazımdır. Amma aclıq və şəhvətdən çəkinmək, nəfsin kamalı üçün faydalıdır.

 

İmam Zeynalabdin (ə) Ramazan ayına xitabən belə buyurur:

 

Salam olsun sənə ey övliyanın bayramı!...

 

 Ramazan ayının ilk günü vəlilərin (Allah dostlarının) bayramıdır. Çünki bu gündən başlayaraq şəhvətlər və nəfsi istəklər azalır, insan rahatlıq tapır. Sair günlərdə həmişə mədəmizi düşünürdük, günün ortasında maddiyyat ardınca qaçırdıq. Amma bu gün, günün ortasında Allahın zikr və mərifətinin ardıycayıq. Dünən bu vaxtlar qarnını doydurmaq ardınca idin, amma bu gün axirət səfəri üçün faydalı şeylər eşitmək, elmini artırmaq, dünəninin və bu günün hesabını apararaq səadət yolunu öyrənmək fikrindəsən.

 

Heyvani cəhətlərə də zərurət miqdarında diqqət etmək lazımdır. Amma aclıq və şəhvətdən çəkinmək, nəfsin kamalı üçün faydalıdır.

 

 Bəzi dostlar bu il Qurandan bir surənin təfsir edilməsini təklif etdilər. Bəziləri də bu əsasla Həmd surəsinin təfsir edilməsini və bu surənin içində gizli olan mühüm məsələlərin şərh edilməsini təklif etdilər. Bu olduqca uyğun bir təklifdir. Beləliklə, həm Ramazan ayında Quran müzakirə edilmiş olar, həm də qiraət və təfsiri edilər. Mən hər ikisinə də işarə edəcəyəm.

 

 Əvvəla, bir çox rəvayət vardır ki, Quran ayələrini tilavət edən insanın sahib olduğu axirət dərəcələrini bəyan edir.

 

 

 Dünyadaykən Qurandan oxuduğun, bildiyin və əməl etdiyin miqdarda qiyamətdə ucalacaq və əzəmət sahibi olacaqsan. Rəvayətlərdə də yer aldığı kimi, qiyamət günü möminə deyiləcəkdir ki, "Oxu və ucal..." Neçə ayə oxumuş, öyrənmiş və əməl etmisənsə, dərəcədən o qədər ucalacaqdır. Quranın 6666 ayəsini oxuyan və əməl edən kəs ən uca məqama çatır deməkdir.

 

Sabah qiyamət günündə Quran himayəçi olacaq, ən gözəl şəkillərdə təcəssüm edəcək və Quran əhli olanları şəfaət edəcəkdir. Həmçinin ona əməl etməyən hər kəsdən şikayətçi olacaq.

 

Aman, sabah qiyamət günündə Quran bizdən şikayətçi olmasın! Quran əzimdir və aləmlərin Rəbbi olan Allahın kəlamıdır. Quran nurdur, ancaq biz mələkuti (ruhani) gözümüz olmadığı üçün onu anlaya bilmirik. Əgər Quran insanın dilindən düşməzsə, dilində bir nur təzahür edər; Qəlbinə nəqş olar, qəlbində nurani bir hal yaranar.

 

Allahdan olan və enişindən bu günə on dörd əsr keçməsinə rəğmən təhrif edilə bilinməyən bir tək kitab Qurandır.

 

 Həzrət İsadan 150 il sonra Matta adında biri çıxaraq öz adı ilə İncil yazıb. Halbuki Quran, Həzrət Məhəmməd (s.ə.a) həyatda ikən toplanaraq surələrinin adları o zaman verilib və günümüzə qədər o günkü halı ilə gəlib.

 

 Peyğəmbər (s.ə.a), Quranı əzbərləməyi müsəlmanlara bir vəzifə olaraq bildirdiyindən, müsəlmanlar hər dövrdə Quranı oxuyar və əzbərləyərlərdi. Bu səbəblə Quran günümüzə qədər dəyişmədən gəlib. Hər bir müsəlmanın Qurandan bir hissəni hifz etmesi lazımdır.

 

Moskva, London və Roma muzeyləri kimi böyük muzeylərdə, keçmiş əsrlərdə yazılmış Quran nüsxələri vardır və onların heç birisində, digərindən və hazırkı nüsxələrdən fərqli olan tək hərf belə yoxdur. Bu muzeylərdə, İslam tarixinə aid başqa əsərlər də var. Bir dostum bunları deyir:

 

Moskva, London və Roma muzeyləri kimi böyük muzeylərdə, keçmiş əsrlərdə yazılmış Quran nüsxələri vardır və onların heç birisində, digərindən və hazırkı nüsxələrdən fərqli olan tək hərf belə yoxdur. Bu muzeylərdə, İslam tarixinə aid başqa əsərlər də var. Bir dostum bunları danışır:

 

 İtaliyada böyük bir muzeyi gəzməyə getmişdim. Orada büllur bir şkaf diqqətimi çəkdi və şkafın yanına qədər gedib qapısını açanda çox təəccübləndim. Şkafın içərisində ərəbcə hərflərdən yazılmış bir kitab vardı və üzərində, "Şiənin dördüncü imam Əli b. Hüseyn Zeynalabdinin (ə) əsəri Səhifəi Səccadiyyə" deyə yazılmışdı.

 

 Onlar bu əsərləri maddi məqsədlər üçün toplayırlar. Amma müsəlmanlar, ilahi məqsədlər ilə Qurana və Əhli- Beytin (ə) sözlərinə qəlblərində yer verməlidirlər.

 

Səadət əsrindəki Quranla bugünkü Quran arasında heç bir fərq yoxdur. Quranı oxuma bildiyiniz qədər oxuyun ki, nəsibinizi ala biləsiniz. Quran oxunduqda qulaq asın, əgər savadlı deyilsinizsə, mümkün olduğu qədər əzbərlədiyinizdən oxumağa çalışın.

 

 Bir rəvayətə görə, Peyğəmbər (s.ə.a) Sa'dın dəfn mərasiminə şəxsən iştirak etmiş və tabutu dörd bir guşəsindən tutaraq mübarək çiyinlərinə almışdı. Sonra da belə buyurmuşdu:

 

Əlim Cəbrayılın əlində idi. O hara gedirdisə mən də oraya gedirdim. Dəfn üçün o qədər çox mələk gəlmişdi ki, mən yalın ayaq üztə dururdum.

 

 Davamında da Peyğəmbərimiz cənazədə bu qədər çox mələyin olmasının səbəbinin, Sadın davamlı olaraq İxlas surəsini nizamlı bir şəkildə oxuduğunu söyləmişdir.

 

 Əgər vaxtın yoxdursa və ya savadlı deyilsənsə, heç olmasa əzbərlədiyin İxlas (Qul huvəllah...) surəsini təkrarla. Allahın köməyi ilə, bu mübarək ayda Həmd surəsini ələ alacağıq. Bu səbəblə bu gün təkcə Həmd surəsinin əhəmiyyəti barədə söhbət edəcəyik.

 

 Əbul-Futuh razinin təfsirində rəvayət edilmişdir ki, Peyğəmbər (s.ə.a) merac gecəsi Allaha belə ərz etdi:

 

 Ya Rəbbi, İbrahimi özünə Xəlil, Musanı isə özünə Kəlim etdin. Ya Rəbb, mənim haqqımda nəyə qərar verdin?

 

 Cavabında Haqq Təaladan bu nida gəldi:

 

 Səni də özümə Həbib olaraq seçdim və Həmd surəsinə məxsus qıldım.

 

 Həmd surəsinə çox əhəmiyyət verin. Çünki o, "Fatihətil-Kitap"dır. Yəni Quranın açılış surəsidir.

 

Yenə Həmd surəsi, Ümmül-Kitapdır. Yəni Quranın əslidir ki, Quranda var olan hər şey, mərifətlər, həqiqətlər və qulluq vəzifələri Həmd surəsindən çıxır. Bir rəvayətdə belə deyilir:

 

 Uca Allah, göylərdən 104 kitab nazil edib. 104 kitabı da, 4 kitaba (Tövrat, İncil, Zəbur və Qurana) sığdırıb. İlk üç kitabda olanları da Qurana sığdırıb və Quranda olan həqiqətləri də Həmd surəsinə sığıdırıb. Bu səbəblə də "Ümmül-Kitap" olaraq adlandırılıb.

 

 Quranda mövcud olan həqiqətlər icmal şəklində Həmd surəsində də var. Bunun üçün Quran, Həmd surəsinin təfsilatıdır. İnşallah bu həqiqəti gələcəkdə açıqlayacağıq.

 

 Həmd Surəsinin yeddi ayəsi var. Bunların yarısı Allah ilə bağlı, digər yarısı da bəndə əlaqəlidir.

 

 Fatihə surəsi “Səb'u'l-Məsani”dir. Yəni namazda iki dəfə oxunur. (Şiə məzhəbində, 3-cü və 4-cü rükətlərdə Fatihə əvəzinə "Tesbihati Ərbəə" oxumaq da icazəlidir).

 

 "Həmd surəsinin oxunmadığı namaz, namaz deyil", deyə buyurulub.

 

 Allah, bu surənin insanlar üçün bir şəfa olduğunu vəd etmişdir. Bu surə cəhalət, günah, məlumatsızlıq və bütün mənfi cəhətlər üçün şəfadır. Həmd surəsi üzərində düşünən, fikirləşən hər cahil, alim olar; Həmd surəsinin təfsirini oxuyan hər bir məlumatsız məlumatlanardırır və şəfa tapar.

 

 Bu surəni oxumağı əsla unutmayın, ondan şəfa umun. Cəhalətinizi onunla müalicə edin. Onun bərəkətlərindən istifadə edin. Ey Quran əhli, bu ayda Quran barədə düşünsəniz, mələklər də sizə dua edərək Allahdan, sizin bağışlanmağınızı diləyər. Bu ayda Quran barədə nə qədər çox düşünsəniz, o qədər çox faydalanar və istifadə edərsiniz.

 

 Allahım, bu mübarək ayın bərəkətlərindən istifadə etmək tofiqini sən bizlərə ehsan et!

 

 İndiyə qədər Həmd surəsinin əhəmiyyətindən bəhs etdik. Artıq bu surənin təfsirinə keçə bilərik.(irangercekleri.net)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده