خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, May 20, 2018 Xəbər kodu : 33591
Elmi hövzənin ustadı
Ramazan ayı Allahın Öz rəhmətini zahir etməsi üçün bir bəhanədir
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Allah Öz rəhmətini zahir etmək üçün çoxlu bəhanələr qərar vermişdir. Onlardan biri də mübarək Ramazan ayının günləridir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam vəl-müslimin Seyyid Məhəmmədbaqir Ələvi Tehrani Ayətullah Haqşünas hüseyniyyəsində mübarək Ramazan ayı münasibəti ilə keçirilən mərasimdə çıxış edərək dedi: Peyğəmbər (s) ilahi rəhmət barədə buyurmuşdur: Ey camaat! Ramazan ayı öz rəhməti ilə sizə tərəf gəlmişdir. Ondan kifayət qədər istifadə edin.

O, əlavə etdi ki, Allahın rəhməti Onun qəzəbindən öndədir. Quranda 170 dəfə Allahın rəhməti 23 dəfə isə qəzəbindən söz açılmışdır. Allah rəhməti Özünə vacib etmişdir ki, heç bir həddi yoxdur.

O, qeyd etdi ki, Allahın rəhmət səbəbləri müxtəlif və çoxdur. Bu barədə İmam Səccad (ə) buyurur ki, Allahın geniş rəhməti ilə belə, həlak olanlara təəccüb edirik.

O, Məsum İmamlrın bir kəlamına işarə edərək dedi: Allah Öz rəhmətini zahir etmək üçün çoxlu bəhanələr qərar vermişdir. Onlardan biri mübarək Ramazan ayı, Ərəfə günü, Cümə gecələri və başqa zamanlar ki, ilahi rəhmət orada zühur edir.

O ilahi rəhmətin hər şeyi və hər kəsi əhatə etdiyinə işarə edərək dedi: İlahi əzab intiqam əsasındadır. Amma Onun rəhməti heç bir səbəb olmadan hamını əhatə edir.   

http://shabestan.ir/detail/News/706477

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده