خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33554

Allahın ziyafətində Ev Sahibini tapmaq
Şəbistan Xəbər Agentliyi: Oruc ilə başqa ibadətlər də rövnəq tapır, möhkəmlənir. Oruc insanda əxlaqi böhranlardan yaxa qurtarmaq ruhiyyəsini qücləndirir. İnsan başa düşür ki, onun həddi cisim və bədəninin ona məcbur etdiyi və təhkim etdiyi çərçivə və qədər də deyil.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, oruc tutan insan bu əməli ilə özünün Allahla bağladığı qədim əhdi təzəliyir. Bu əhdi xatırlamaqla başqa əhd - peymanlar da yadına düşür. Buna görə də Peyğəmbərimiz (s) buyurur:

 

 

«لکل شیئ بابٌ و باب العباده الصوم»

 

 

“Hər bir şeyin qapısı vardır, ibadətin qapısı da orucdur”.

 

 

Oruc ilə başqa ibadətlər də rövnəq tapır, möhkəmlənir. Oruc insanda əxlaqi böhranlardan yaxa qurtarmaq ruhiyyəsini qücləndirir. İnsan başa düşür ki, onun həddi cisim və bədəninin ona məcbur etdiyi və təhkim etdiyi çərçivə və qədər də deyil.

 

 

Allahın qonaqlığında Onun özünü,  yəni  Allahı tapmaqdan yaxşı bir yol yoxdur. Allah gözəl kəlamlardan birində buyurur: İnsan əgər məni istəsə, mən ona yaxınam.

 

 

Ramazan qurtuluş, sərbəstliş, açıqlıq ayıdır. Biz hansısa əlahiddə bir iş görməmiliyik. Yalnız ümidvar olaq ki, bu rəhmət ayıdır. Və rəhmət bizə şamil olacaq.

 

 

İnsan həmişə itirdiyini axtarır. İnsanın hünəri bundan ibarətdir ki, onu haqqa qaytaran şeylərin ardıyca olsun. Qurana qayıtmaqla bilirik ki, bizim istəyimiz kimdir, nədir.

 

 

Rəvayətdə orucun Allah üçün olduğunu və onun da mükafatı Allah olduğunu bildirir. Deməli, biz orucluğda Allahı tapmalıyıq.

 

 

http://shabestan.ir/detail/News/705934

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده