خبرگزاری شبستان

چهارشنبه ۲ آیان ۱۳۹۷

الأربعاء ١٤ صفر ١٤٤٠

Wednesday, October 24, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33552

Dua Allaha “hazıram” deməkdir
Şəbistan Xəbər Agentliyi: Hikmət sahibləri bu aləmi “böyük aləm” insani isə “kiçik aləm” sayırlar. Övliyalar isə bunun tam əksinin düzgün olduğunun qənaətindədirlər. Onlar insanı “böyük aləm” hesab edirlər. Çünki yalnız insan Allahın əsma və sifətinin tam məzhəridir, o Allah isminin təcəllisidir. Bu ism və xüsusiyyət də bütün aləmə hakimdir

 

Xəbər verdiyimiz kimi dünən İranda “Fəlsəfə, pərəstiş və ibadət” adlı elmi - fəlsəfi konfrans keçirilib. Konfrans məhşur filosof Sədrəddin Şirazinin (Molla Sədra) əsərlərinə və xatirəsinə həsr edilmiş bu sislsilədən olan 22 - ci tədbir çərçivəsində həyata keçirilib.

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, konfransda İranın tanınmış fəlsəfəçilərindən olan Qulam Rza Əvanı çıxış edib. O, öz çıxışını “Metafizikanın və dinin əsas prinsipləri və duanın qəbulu” mövzusuna həsr edib və çıxışında deyib: Quranda buyrulur: Məni çağırın, dualarınızı icabət edin.

 

 

 

Qurandakı hikmət tam və bütündür. Quranda duanın qəbul olmağına dəlalət edən ayələr çoxdur.

 

 

 

Hikmət sahibləri bu aləmi “böyük aləm” insani isə “kiçik aləm” sayırlar. Övliyalar isə bunun tam əksinin düzgün olduğunun qənaətindədirlər. Onlar insanı “böyük aləm” hesab edirlər. Çünki yalnız insan Allahın əsma və sifətinin tam məzhəridir, o Allah isminin təcəllisidir. Bu ism və xüsusiyyət də bütün aləmə hakimdir. Bütün aləmə mərifət yalnız insanda mümkündür. Buna görə də o, aləmin əşrəfi hesab edilir. Dua etmək, Allaha “ləbbeyk” demək, yəni “hazıram” deməkdir.

 

 

http://shabestan.ir/detail/News/705917

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده