خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33551
Xobrəqan ekspertlər məclisinin nümayəndəsi
Ramazan ayında İslam ümmətinin mehribanlığı ilə vahid cəmiyyət yaradaq
Şəbistan xəbər agentliyi: Xobrəqan ekspertlər məclisinin nümayəndəsi dedi: Ramazan ayı mehribanlıq, istiğfar etmək və bir-birinə məhəbbət bəsləmək ayıdır. Özünü islah etməkdən əlavə, vahid cəmiyyət yaratmaq fikrində də olaq.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Nigəhban şurasının üzvü və Xobrəqan ekspertlər məclisinin nümayəndəsi Möhsin İsmaili Həft Tir şəhidlər mədəniyyət mərkəzində keçirilən həftəlik Nəhcül-bəlağənin şərhi məclisində dedi: İmam Əli (ə) Nəhcül-bəlağədə buna xatir İslam ümmətini qabaqkı xalqların tarixini mütaliə etməyə dəvət edir ki, onların müvəffəqiyyətini və qələbəsini müşahidə edib, ibrət dərsi alsınlar.

O, əlavə etdi ki, xalqlar o zamana qədər birlik və mehribanlıq içərisində yaşayırdılar, qəlblərin kin və düşmənliyə yer verməmişdilər, qalib gəlir və izzət sahibi olurdular. Amma elə ki, bir-birləri ilə düşmən oldular, birlik və mehribanlıqlarını əldən verdilər, məğlub olub zillətə düçar oldular.

O, dedi ki, İmam Əli (ə) bu xütbədə İslam ümmətinə xitab edərək buyurdu: Möminlərin taleyi barədə özünüzdən daha çox fikirləşin. Onlar zəif idilər. Bir zaman peyğəmbərlərin bərəkəti ilə onların qəlbləri birlik və mehribanlığa nail oldu və bəsirət tapdılar. Bunun nəticəsində də varlıq aləminin rəhbəri oldular. Amma təəssüflər olsun ki, bir müddətdən sonra birlik və mehribanlıqlarını əldən verdilər və bir-birlərinin canına düşdülər. İzzət libası bədənlərindən çıxdı. Sahib olduqları nemətləri bir bir əldən verdilər. Buna görə də onların həyat dastanı sizin üçün ibrətdir.

Xobrəqan ekspertlər məclisinin nümayəndəsi dedi: Ramazan ayı mehribanlıq, istiğfar etmək və bir-birinə məhəbbət bəsləmək ayıdır. Özünü islah etməkdən əlavə, vahid cəmiyyət yaratmaq fikrində də olaq.http://shabestan.ir/detail/News/706016

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده