خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33550
Elmi hövzə və universitet ustadı
Ramazan ayı Allahın rəhmət ayıdır
Şəbistan xəbər agentliyi: Elmi hövzə və universitet ustadı dedi: Ramazan ayı Allahın rəhmət ayıdır. Bu ayda Allahın rəhmət və məhəbbətini çox istəyin ki, mənəvi sevinc əldə edəsiniz.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzə və universitet ustadı Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan İmam Sadiq (ə) məscidində mübarək Ramazan ayının gecələri münasibəti ilə keçirilən mərasimdə dedi: Biz həmişə öz mehribanlığımızı "Bismillahir-rəhmanir-rəhim"i bəyan etməklə özümüzə təlqin edək. Çünki insan Allahın mehribanlığını unudur.

O, əlavə etdi ki, şeytan həmişə insanı ilahi rəhmətdən ümidsiz etməyə çalışır. Buna görə də insan həmişə Allahın rəhimiyyət və rəhmaniyyətini özünə təlqin etməli və onun barəsində düşünməlidir.

O, qeyd etdi ki, Peyğəmbər (s) üç böyük sifətlə Ramazan ayını vəsf edir. Buyurur ki, Allah ayı sizə tərəf üz gətirmişdir ki, Allahın yanında ayların ən üstünüdür. Onun gecə və gündüzləri ən üstün gecə və gündüzlərdirlər. Bu ayda siz Allahın qonaqlığına dəvət olunmusunuz. Belə bir ayda oruc tutanlar kəramət əhli sayılırlar. Onların nəfəsləri sübhanəllah deməkdir.

O, sözünü belə davam etdirdi ki, Peyğəmbərin (s) bu kəlamı Allahın rəhmət və mehribanlığından xəbər verir. İlahi rəhməti müşahidə etmək bəsirət və təfəkkürə ehtiyaclıdır.

O, hədislərə istinad edərək bu ayda yatmaq və nəfəs çəkməyin ibadət olduğunu bildirərək dedi: Məsumlardan (ə) nəql olunmuş bu hədislər Allahın mömin bəndələrinə qarşı rəhmət və mehribanlığından xəbər verir. Bu həqiqi möminlər üçün çox şirindir.

Elmi hövzə və universitet ustadı dedi: Ramazan ayı Allahın rəhmət ayıdır. Bu ayda Allahın rəhmət və məhəbbətini çox istəyin ki, mənəvi sevinc əldə edəsiniz.http://shabestan.ir/detail/News/706022

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده