خبرگزاری شبستان

جمعه ۲۶ مرداد ۱۳۹۷

الجمعة ٦ ذو الحجّة ١٤٣٩

Friday, August 17, 2018

Servis xəbərlərinin titri

Yumşaq müharibənin qarşısında durmağın yolu Quran məfhumlarından istifadə etməkdir

Şəbistan xəbər agentliyi: Ordunu tənzimləyən idarənin müdiri ordunun on səkkizinci Quran müsabiqələrinin sona çatma mərasimində dedi: Azad insanlar İraqda olduqları zaman həqiqətdə iraqlılar bizim əsirimiz idilər. Onlar bizim təfəkkürümüzə qələbə çala bilmədilər.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33549
Elmi hövzənin ustadı
Ramazan ayında görüləcək ən yaxşı iş haramdan çəkinməkdir
Şəbistan xəbər agentliyi: Elmi hövzənin ustadı dedi: Ramazan ayı insan tərbiyə etmək və özünü islah etmək zamanıdır. Ramazan ayında görüləcək ən yaxşı iş hər növ haramdan çəkinməkdir.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzənin ustadı Höccətül-islam Əkrəmi Qədir məscidində mübarək Ramazan ayının fəziləti mövzusunda təşkil olunmuş mərasimdə dedi: Bu il Şaban və Ramazan ayları 29 gündür.

O, Bəqərə surəsinin 185-ci ayəsinə işarə edərək mübarək Ramazan ayının xüsusiyyətləri barədə dedi: Ramazan ayı adı Quranda gəlmiş yeganə aydır.

O, bildirdi ki, Allah Quranda namaz və zəkat barədə müxtəlif surələrdə bəhs etmişdir. Amma Orucluq barədə Bəqərə surəsinin bir-birinin kənarında qərar tutmuş 4 ya 5 ayəsində söhbət etmişdir. Orucluğa aid olan ayələr besət dövründə nazil olmamışdır. Həqiqətdə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Oruc ayələrinin hicrətdən sonra nazil olmasının səbəbi müsəlmanların 30 gün oruc tutmaq üçün hazırlanmasıdır. Ramazan ayı ancaq oruca məxsus edilməmişdir. Həqiqətdə onda əhya gecələri, Quranın nazil olması, fitr bayramı və onun zəkatı, dua etmək və onun qəbul olunması kimi məsələlər də qərar verilmişdir.     

Elmi hövzənin ustadı dedi: Ramazan ayı insan tərbiyə etmək və özünü islah etmək zamanıdır. Ramazan ayında görüləcək ən yaxşı iş hər növ haramdan çəkinməkdir. Çünki günah insanın paklığı və səadətinin ən böyük afətidir.http://shabestan.ir/detail/News/705886

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده