خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33547
Ayətullah Rəşad
Tələbələr dini doğru çatdıra bilmək üçün istedadlı və bəsirətli olmalıdır
Şəbistan xəbər agentliyi: Ayətullah Rəşad dedi: Tələbələr dini doğru çatdıra bilmək üçün istedadlı, bəsirətli və sağlam nəfsə sahib olmalıdır.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzələrin siyasətinin təyin olunmasının şura rəhbəri və İmam Rza (ə) elmi hövzəsinin müdiri Ayətullah Əliəkbər Rəşad həmin elmi mədrəsədə keçirilən xaric Fiqh dərsinin əvvəlində dedi: Həzrət Əli (ə) sinəsindəki elmi öyrətmək üçün layiqli şəxslər tapa bilmədiyi üçün çox təəssüf edirdi.

O, əlavə etdi ki, o Həzrət hər bir dəstəyə ki, baxırdı onları problemli görürdü. Birinci dəstə baxmayaraq ki, istedadlıdırlar və elmi maarifi dərk edə bilirlər. Amma nəfsani və ruhani baxımdan problemlidirlər. Onlar din elmini dünyanı əldə etmək üçün vasitə etmiş və ondan sui-istifadə edirlər. Din elmi ilə dünya nemətlərinə tərəf gedirlər ki, bəndələrin və ilahi övliyaların əleyhinə fəaliyyət göstərirlər.

O, ikinci dəstə barədə dedi: Onlar birinci dəstəniin əksinə, lazımlı istedada sahib deyildirlər. Bu dəstə sağlam nəfsə sahibdirlər. Amma sadəlövh və bəsitrətsiz olduqları üçün həmişə təsir altına düşürlər.

O, sözünü belə davam etdirdi ki, İki dəstənin təhlükəsi birinci dəstənin təhlükəsindən daha az deyil. Amma birinci dəstə dünyatələb olduqları üçün dini dünyaya yetişmək vasitəsi qərar veriblər.     

Ayətullah Rəşad dedi: Tələbələr dini doğru çatdıra bilmək üçün istedadlı, bəsirətli və sağlam nəfsə sahib olmalıdır.http://shabestan.ir/detail/News/705947

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده