خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33546
Höccətül-islam vəl-müslimin Pənahiyan
Bu gün sionist rejim hər zamankından daha zəifdir
Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Əgər ölkəmizdə sazişçilər olmasaydı, bu gün heç bir sanksiya ilə qarşı qarşıya deyildik. Sionist rejim öz qısa tarixi boyunca bu gün hər zamankından daha zəifdir.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, elmi hövzə və universitet ustadı Höccətül-islam vəl-müslimin Əlirza Pənahiyan sionist rejimin cinayətlərini məhkum etmək üçün Amerikanın qabaqkı casusluq yuvasının ya tələbə təşkilatının qarşısındak keçirilən toplantıda çıxış edərək dedi: İslam dini müharibədən çox sülh dinidir. Buna görə də müsəlmanlar hər yerdə lazım olsa, öz müxaliflərinin qarşısında haqq cəbhəsini gücləndirmək üçün səssiz qalırlar. Amma İslam birinci güc olduğu və qələbəyə ümidvar olduğu zaman isə belə etmirlər.

O, əlavə etdi ki, İslam tarixində İmam Həsənin (ə) sülhü və İmam Əlinin müzakirə aparması bəzi ətraflarında olanların xəyanətindən irəli gəlirdi. Bunagörə də Onlar sakit qalmış və səbr etmişdilər.

O, sionist rejimin öz qısa tarixi boyunca bu gün hər zamankından daha zəif olduğuna işarə edərək dedi: Bu şəraitdə müminlər, müsəlmanlar və azadlıqsevərlər heç vaxt belə zəifləmiş rejimi nabud etməkdən geri addım atmamalıdırlar.

O, qeyd etdi ki, sionist rejim bizim ayağımızın altındadır. Yetər ki, ayağımızı yerə möhkəm vuraq. Belə olarsa, İsrail məhv olacaq. Tarix boyu zalımlarla və onların dəstəkləyənlərlə saziş edənlər qiyamət günü cəhənnəmə daxil olurlar. Bu gün də belə olacaq.

O, sonda xatırlatdı ki, Amerikanın bizimlə müzakirə aparması sanksiyaların heç bir təsir etməməsindən irəli gəlirdi. Amma onlar daxildəki axmaqlara ümid bəsləyirlər. Buna görə də həmişə sanksiyalardan dəm vururlar.

http://shabestan.ir/detail/News/705922

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده