خبرگزاری شبستان

جمعه ۲۶ مرداد ۱۳۹۷

الجمعة ٦ ذو الحجّة ١٤٣٩

Friday, August 17, 2018

Servis xəbərlərinin titri

Yumşaq müharibənin qarşısında durmağın yolu Quran məfhumlarından istifadə etməkdir

Şəbistan xəbər agentliyi: Ordunu tənzimləyən idarənin müdiri ordunun on səkkizinci Quran müsabiqələrinin sona çatma mərasimində dedi: Azad insanlar İraqda olduqları zaman həqiqətdə iraqlılar bizim əsirimiz idilər. Onlar bizim təfəkkürümüzə qələbə çala bilmədilər.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33545

İmam Zamanın (ə) dostlarının xüsusiyyətləri Quranda
Şəbistan xəbər agentliyi: Quranda bəzi ayələr vardır ki, onlarda sadalanan xüsusiyyətləti İmam Zamanın (ə) xas dostlarına tətbiq edə bilərik. Bəzi hədislərdə də buyurulub ki, bu ayələr İmam Zaman (ə) və dostları haqda nazil olub.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi məlumata əsasən İslam elmləri və mədəniyyəti elmi-tədqiqat mərkəzinin elmi üzvü Höccətül-islam vəl-müslimin Rəhim Kargər “Məhdəviyyət və zühur dövrü” kitabında yazır:

 Belə bir sual var: İmam Zamanın (ə) əsil dostları tarixin seçilmişləridir və Allahın bu qədər saleh və övliyaları arasından onlar niyə yalnız onlar seçilib. Yəni, onlar hansı xüsusiyyətlərə malikdirlər ki, bu məqama çatıblar?!

  Böyük və dünyəvi  inqilabın  layiqli, idarəçi, işləyən, bacarıqlı və güclü rəhbərlərə ehtiyacı vardır. Bu şəxslər sözügedən inqilabın həm qələbəsini təmin etməlidir, həm də onun dünyəvi hədəf və proqramlarını gerçəkləşdir-məlidir. Zaman və tarix insanların Məhdəviyyət universitetinə daxil olması üçün bir darvazadır. Elə bir universitet ki, orda millət, tayfa, məzhəb, nəsil, zaman və……….. önəm daşımır. Bu universitet millət, tayfa və insanlığın fövqündə durur. Buna görə də İmam Zamanın (ə) qiyamı o qədər geniş və böyükdür ki, onun əhatəsində bütün millətlər və tayfalar sığışa bilir. Hətta Allahın mələkləri də ona təsir göstərəcək.

İmam Zamanın (ə) dostlarının xüsusiyyətləri Quranda

   Quranda bəzi ayələr vardır ki, onlarda sadalanan xüsusiyyətləti İmam Zamanın (ə) xas dostlarına tətbiq edə bilərik. Bəzi hədislərdə də buyurulub ki, bu ayələr İmam Zaman (ə) və dostları haqda nazil olub. Məsələn:

«يا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَ يُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُومِنِينَ أَعِزَّةٍ عَلَى الْكافِرِينَ يُجاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَ لا يَخافُونَ لَوْمَةَ لائِمٍ ذلِكَ فَضْلُ اللّهِ يُؤتِيهِ مَنْ يَشاءُ وَ اللّهُ واسِعٌ عَلِيمٌ»

Bu ayəyə əsasən Allah-taala gələcəkdə bir qrupu dini himayə etmək üçün yaradacaq və onlar aşağıdakı xüsusiyyətlərə malik olacaqlar:

1-Allahın aşiqi və yalnız Onun razılığını qazanmaq haqda düşünən

2-Möminlər qarşısında təvazökar

3-Kafirlərə qarşı güclü

4-Daim Allah yolunda cihad edən və………..

http://shabestan.ir/detail/News/704686

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده