خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 17, 2018 Xəbər kodu : 33544
Məhdəviyyət ayələri;
Niyə İmam Zamana (ə) Bəqiyyətullah deyilir?
Şəbistan xəbər agentliyi: İmam Baqir (ə) buyurur: “Bizim Qaimimiz zühur edən zaman Kəbə evinə söykənər və üç yüz on üç kişi Onun ətrafına toplaşar və ilk sözü bu olar: «بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ» ... .

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi məlumata əsasən Allah-taala Quranda buyurur:

بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ؛

  Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».

Bu ayədə “Bəqiyyətullah” sözündən məqsəd halal və Allah bəyənən sərmayə vasitəsi ilə insan əldə etdiyi və ona qalan qazanc və mənfəətdir. Bu qazanac və mənfəət yüz faiz halaldır. Hədislərdə isə Allahın iradəsi ilə bəşəriyyət üçün qalan hər bir mübarək varlığa Bəqiyyətullah deyilir. Məsələn: Müharibə cəhbəsindən qalib qayıdan mömin əsgərlər. Çünki onlar Allahın iradəsi isə sağ qaldılar.

İmam Zamana (əccələllah taala fərəcəhuş şərif) da Bəqiyyətullah deyilir. Çünki onun mübarək vücudu Allahın iradəsi ilə insanların hidayəti üçün zəxirə edilib. Digər məsumlara da (əleyhimussalam) bəqiyyətullah ləqəbi verilir.

İmam Baqir (ə) buyurur: “Bizim Qaimimiz zühur  edən zaman Kəbə evinə söykənər və üç yüz on üç kişi Onun ətrafına toplaşar və ilk sözü bu olar:

 

«بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ» ... .

http://shabestan.ir/detail/News/705903

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده