خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 16, 2018 Xəbər kodu : 33540
Səlimi
Quran bəzi mənfəətələb şəxslərin sərvət toplamaq vasitəsinə çevrilməməlidir
Şəbistan xəbər agentliyi: Əməktar Quran müəllimi Quranın bəzi mənfəətələb şəxslərin sərvət toplamaq vasitəsinə çevrilməməli olduğuna işarə edərək dedi: Quran müəllimi var-dövlət əldə etmək üçün Quran dərsi verməməlidir.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, Əməktar Quran müəllimi Abbas Səlimi müəllim günü münüsibəti ilə Rey şəhərinin islami təbliğat idarəsində keçirilən Quran müəllimlərindən 5-ci təqdir etmək konfransında dedi: Biz son əsrdə Quranı dirildən İmam Xomeyniyə (rəh) və şəhidlərin pak qanına borcluyuq.

O, əlavə etdi ki, Mütəal Allah ilk Quran müəllimi sayılır. Quran müəllimləri üçün bu məqam kifayətdir ki, necə üstün bir məqama sahib olduqlarını bilsinlər.

O, Peyğəmbərin (s) "Allah yanında peyğəmbərlərdən və Əhli-beytdən (ə) sonra insanların ən üstünü alimlər və Quran müəllimləridirlər" kəlamına istinad edərək dedi: Quran müəllimləri Qurani düşünməlidirlər. Habelə əməlləri də ilahi ayələrə uyğun olmalıdır. Quran müəllimlərinin ölümü peyğəmbərlərin ölümü kimi olacaq. Onlar habelə peyğəmbərlər kimi qiyamət günündə qəbirlərindən çıxıb və onlarla birlikdə sirat körpüsündən keçərlər. Allah onlara peyğəmbərlər kimi mükafat verər.

O, Allahın razılığına xatir Quranı öyrənən və başqalarına öyrədən şəxsi Mələkut aləmində böyüklüklə yad edildiyinə işarə edərək dedi: Quran müəllimi var-dövlət əldə etmək üçün Quran dərsi verməməlidir. Buna görə də o ilahi ayələrə əməl və ruzini verənin Allah olduğuna  yəqin etməlidir.http://shabestan.ir/detail/News/705414

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده