خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 16, 2018 Xəbər kodu : 33538

Filosoflar münacat və ibadət əhli olmuşlarmı?
Şəbistan Xəbər Agentliyi: Əbu Nəsr Farabi dinlə fəlsəfənin vəhdətini isbat etməyə çalışırdı. Dinlə ortaq məxrəcə gələn və bir olan fəlsəfənin ibadətə də yer ayıracağı şübhəsizdir. Və bu zaman ibadət fəlsəfənin bir hissəsi olacaqdır.

 

“Filosoflar dinlə fəlsəfəni bir araya gətirmək üçün çalışıblar. Onlar Allahdan yardım istiyiblər”.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın tanınmış fəlsəfə ustadı Rza Davəri Ərdakani Tehranda keçirilən “Fəlsəfə, pərəstliş və sitayiş” elmi konfransında çıxış edib. O, bu sualı ünvanlayıb: Filosoflar ibadət əhli olmuşlar ya yox?

 

 

Natiq deyib: Bəziləri bu fikirdədilər ki, fəlsəfə ağılın işidir. İbadət isə eşq məsələsidir. Fəlsəfənin dili ağıl və məntiqin dilidir. Filosoflar, buna baxmayaraq, ibadət barəsində də danışıblar. İlk olaraq sitayişə, pərəstişə, ibadətə əhəmiyyət verən rəvaqi fəlsəfə məktəbi olub. Onlar fəlsəfə ilə dini ortaq məxrəcə gətirə bilmişdirlər. Filosoflar Kanta kimi gözəl əxlaqi nəzəriyyələr verirdilər.

 

 

Əbu Nəsr Farabi dinlə fəlsəfənin vəhdətini isbat etməyə çalışırdı. Dinlə ortaq məxrəcə gələn və bir olan fəlsəfənin ibadətə də yer ayıracağı şübhəsizdir. Və bu zaman ibadət fəlsəfənin bir hissəsi olacaqdır.

 

 

Bəli, filosoflar dinlə fəlsəfəni bir araya gətirmək üçün çalışıblar. Onlar Allahdan yardım istiyiblər. Əbu Nəsr Farabinin duaları buna nümunə ola bilər.

 

 

http://shabestan.ir/detail/News/705810

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده