خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 16, 2018 Xəbər kodu : 33536

İsrail bütün islam aləmi üçün plan qurub
Şəbistan Xəbər Agentliyi: Əgər islam dünyası bu gün onların qabağında durmasa, ağır zərbələr ilə üzləşəcək. Çox təəssüflər olsun ki, zərbə də İslama dəyəcək. Onlar sonra Amerika və İsrailin vədələrinə inandıqlarına görə acı həsrətlə yaşayacaqlar.

Seyid Muhəmməd Baqir İbadi Şəbistan Xəbər Agentliyinin müxbiri ilə söhbətində dedi: Mərhum İmam Xomeyni İsraili “xərçəng vəzisi”nə və “yarası”na bənzədərdi. Məlumdur ki, İsrailin hərəkətləri də həmin xərçəng yarası kimi olacaqdır.

 

 

Sionist İsrail rejiminin proqramları yalnız Fələstinə aid deyildir. O, bütün islam aləmini öz hiyləgər və məkirli planlarının işləyəcəyi çərçivəyə daxil etmişdir.

 

 

Bəzi islam dövlətlərinin rəhbərləri, xüsusən ərəb ölkələrinin başçıları İsrail rejiminin vassal və qulluqçularıdırlar. Onlar Amerika və istismarçılara tabedirlər. Ya da ki o qədər sadəlövdürlər ki, sadə məsələləri də başa düşmürlər və bilmirlər ki, İsrail müsəlman xalqlarına rəhm edəcək bir ölkə deyildir.

 

 

İsrail rejimi başçılar bütün müsəlman dünyası üçün plan və proqram cızıblarr. Qanunsuz şəkildə qəddarcasına qarət etmək, çapıb - talamaq hərislik və tamahı onlarda sərhəd tanımır. Onlar buna görə də Nil çayında tutmuş Fərat çayına kimi, ən azı bu əraziləri əhatə edən bir səltənət qurmaq istəyirlər.

 

 

Əgər islam dünyası bu gün onların qabağında durmasa, ağır zərbələr ilə üzləşəcək. Çox təəssüflər olsun ki, zərbə də İslama dəyəcək. Onlar sonra Amerika və İsrailin vədələrinə inandıqlarına görə acı həsrətlə yaşayacaqlar. Və bunun acılığını dadacaqlar.

 

 

http://shabestan.ir/detail/News/705784

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده