خبرگزاری شبستان

جمعه ۲۶ مرداد ۱۳۹۷

الجمعة ٦ ذو الحجّة ١٤٣٩

Friday, August 17, 2018

Servis xəbərlərinin titri

Yumşaq müharibənin qarşısında durmağın yolu Quran məfhumlarından istifadə etməkdir

Şəbistan xəbər agentliyi: Ordunu tənzimləyən idarənin müdiri ordunun on səkkizinci Quran müsabiqələrinin sona çatma mərasimində dedi: Azad insanlar İraqda olduqları zaman həqiqətdə iraqlılar bizim əsirimiz idilər. Onlar bizim təfəkkürümüzə qələbə çala bilmədilər.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 16, 2018 Xəbər kodu : 33531

Sələmçiliyin adını yalandan borc qoymayaq
Şəbistan Xəbər Agentliyi: Ağıllı insanlar, mütəfəkkirlər oturaraq bir sıra yollar, məsələn islam şəriətində göstərilən aktlar, dinlə uyğun gələn müqavilələr və sazişlər qurmuş, sələmsiz bank sistemi yaradmışlar. Əgər bu meyarlar və qayda - qanunlara riayət edilərsə, iqtisadiyyatımız çiçəklənər.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Nasir Məkarim Şirazi bu gün İranın Sepah bankının məsul şəxsləri ilə görüşüb. O, öz görüşündə deyib: Bankları təsis etməyin fəlsəfsi və əsas məqsədi xalqın malını qorumaqdır. Qabaqlar insanlar öz var - dövlətlərini gizlətməyə məcbur idilər. İndi isə xalqın malını qorumaq üçün bank adlı qurumlar yaradılıb. Xalq əmindirlər ki, onların depozitləri, malı bankda zay olub aradan getməyəcəkdir.

 

 

Bankların yaranmağının ikinci məqsədi də bundan ibarətdir ki, orada qoyulan sərmayələr və yığılan pullar düzgün iqtisadi inkişaf yolunda xərclənsin. İnsanların əlində pul və sərmayə azdir. Bunlar belə bir yerə yığıldıqdan sonra böyük bir kapitala çevrilir və böyük işlər görmək mümkün olur. Bu gün dünyada az sərmayə və kapital ilə böyük işlər görmək olmur.

 

 

Sələmçilik islam cəmiyyətinin bədbəxtçiliyinə gətirib çıxardacaq. İqtisadiyyatı da viran edib dağıdacaq.

 

 

Ağıllı insanlar, mütəfəkkirlər oturaraq bir sıra yollar, məsələn islam şəriətində göstərilən aktlar, dinlə uyğun gələn müqavilələr və sazişlər qurmuş, sələmsiz bank sistemi yaradmışlar. Əgər bu meyarlar və qayda - qanunlara riayət edilərsə, iqtisadiyyatımız çiçəklənər. Və əgər onlara əməl olunmasa, gizli sələmçiliyə çevriləcəkdir. Bu da bədbəxliyə səbəb olacaqdır.

 

 

Əgər sələmsiz banklar meydana gələrsə, cəmiyyət problemə üzləşməyəcəkdir. Mənim qənaətimə görə əhalindən borclar və fayizsiz kreditlər alan bank və müəssələr dörd fayiz qədər onun üstünə qoya bilər. Bu da bankın xərcləri üçündür. Bunu şəri cəhətdən iradı yoxdur. Lakin çox təəssüflər olsun ki, bəzi banklar borc verdikdə 28 faiz üstlərinə pul qoyurlar. Bu nə deməkdir? Sələmçiliyin adını yalandan borc qoymaq düzgün iş deyildir.

 

 

http://shabestan.ir/detail/News/704965

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده