خبرگزاری شبستان

دوشنبه ۲۵ تیر ۱۳۹۷

الاثنين ٤ ذو القعدة ١٤٣٩

Monday, July 16, 2018

Servis xəbərlərinin titri

Televiziyanın birinci kanalında Kəramət on günlüyündə “Səkkizinci gülüstan”

Şəbistan xəbər agentliyi: Kəramət on günlüyündə milli tetelviziyanın birinci kanalında Kəramət on günlüyü haqda xüsusi verliş yayınlanacaq.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 16, 2018 Xəbər kodu : 33530
İxtisaslaşmış Məhdəviyyət mərkəzinin ekspertinin Şəbistana müsahibəsi:
Məscid, Mehdi tərəfdarı yetişdirən ən gözəl mərkəzdir
Şəbistan xəbər agentliyi: Höccətül-islam İbadi təkid etdi: Məscidlər, Həzrət Mehdinin (ə) tərəfdarlarını tərbiyə etməkdə böyük rol oynayır. Çünki məscidlərdə İmam Zamanın (ə) zühuruna zəmin yaradan mömin, təqvalı, şiə və saleh insanlar yetişir.

 İxtisaslaşmış Məhdəviyyət mərkəzinin eksperti Höccətül-islam Həsən İbadi Şəbistan xəbər agentliyinin  Məhdəviyyət bölməsinin müxbirinə verdiyi müsahibəsində məscidlərin müntəzir həyat tərzinin yayılmasındakı rolu və bu mərkəzin Mehid tərəfdarı və müntəzirlərinin yetişdirməsinə təsirinə toxunaraq, dedi: Dini mədəniyyətdə məscidin adı ibadət yeri, bəndəliyi xatırladan və Allah qarşısında təvazökarlıq mənakı kimi qeyd olunmuşdur.

 O, mübarək Cin surəsinin 18-ci ayəsinə işarə edərək

وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا؛

Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın.

-bildirdi: İbadət insanın ruhunu tərbiyə edir və insanın ruhi problemlərinə cavab verir. Onun şəxsiyyətinin tənzimlənməsinə təsir göstərir. İbadət məkanından asılı olmayaraq bu ehtiyacı ödəsə də məsciddə bu ehtiyac gözəl formada təmin olunur.

Höccətül-islam İbadi təkid etdi: Məscidlər, Həzrət Mehdinin (ə) tərəfdarlarını tərbiyə etməkdə böyük rol oynayır. Çünki məscidlərdə İmam Zamanın (ə) zühuruna zəmin yaradan  mömin, təqvalı, şiə və saleh insanlar yetişir.

http://shabestan.ir/detail/News/705746

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده