خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 16, 2018 Xəbər kodu : 33523

Suriyada cihada çağıranlar hardadı?!
Müharibə, özü özlüyündə, indiki dünyada məsələ həll etmir. Yalnız agahlıq, pisi yaxşıdan ayıra bilmək, dönməzlik, ardıcıllıq, ağıl insanlara kömək edə bilər.

Demək olar bütün dünyanın etiraz etdiyi bir zamanda Qüdsdə ABŞ səfirliyinin açılması 60-dan çox fələstinlinin qətlinə, 3 minə yaxının isə yaralanmasına rəvac verdi. Çox güman qarşıdakı günlərdə bu rəqəm artacaq. Zatən bu regionda 60 ildir qan axıdılması dayanmır.  Məsələnin faciəliyi həm də ondadır ki, burada öldürən nizami, ən müasir silahla silahlanmış ordu, qətl edilən, əlində ən uzağı daş parçası və sapand olan dinc sakindi. Bütün dünya, dinindən və irqindən asılı olmayaraq bu faciəni cinayət adlandırıb pisləyir və tənqid edir.

Amma bizim mövzumuz Qüds ətrafında baş verən hadisələrin təsviri deyil. Bu barədə bütün mətbuat kifayət qədər yazır. Mövzumuz, “ümmətimizin xilaskarları” olan cəhadçılardı.

Bu yerdə ilk növbədə onu xüsusi olaraq qeyd edək ki, biz müharibələrin deyil, sülhün və əmin-amanlığın tərəfdarıyıq. Onu da qeyd etmək lazımdır ki, həm yəhudilərin, həm də fələstinlilərin beynəlxalq sənədlərdə qeyd edildiyi kimi öz dövlətlərinə sahib olma haqlarını da müzakirəsiz qəbul edirik. Qüds ətrafında baş verən hadisələrin də yalnız sülh və danışıqlarla həll edilməsini istərdik. Deyəcəyimiz isə başqadır…

Yəqin ki, Suriyada və İraqda baş verən hadisələr və bu hadisələrdən dərhal sonra bir çox “alimin” cihad fətvası verməsini, sosial şəbəkələri və mətbuatı isteriya ilə doldurub təcili gedib Suriyada və İraqda “islam düşmənləri olan” müsəlmanları qırıb çatmağa çağıran “cihadçıları”, özünü “lezvalayan” müsəlmanlarımızı heç kim unutmayıb. Məhz bu fətvalara və çağırışlara uyan minlərlə gənc dünyanın müxtəlif yerlərindən Suriyaya, İraqa axışaraq orda bəşəri cinayətlərə imza atdılar. Onların cinayətlərindən nə Türkiyə, nə başqa müsəlman ölkələri, nə də Avropa amanda qala bilmədi. Hamısına qarşı “cihad” etdilər.

İndi, Qüds ətrafında baş verən hadisələr və bir gün ərzində onlarla günahsız müsəlmanın qətl edilməsi fonunda bu fətva sahibləri hardadı? Nə üçün biri qarşıya gəlib “ay müsəlmanlar, gəlin gedib müsəlman fələstinliləri müdafiə edək” sözlərini demir? Bir daha təkrar edirik: biz müharibə, ümumiyyətlə istənilən zorakılığın əleyhinəyik. Ancaq qeyd etdiyimiz sualın da mövcud olma haqqı var. Ən azından ona görə ki, bu tipli sualları verməklə Suriyaya camaatı “cihada” yönəldənlərin hansı mərkəzdən idarə olunmasını və hansı məqsədlərə xidmət etməsini anlamaq mümkündür. Nəyə görəsə bu “cihadlar” yalnız müsəlman ölkələrinə qarşı yönəlmiş olur.

Müharibə, özü özlüyündə, indiki dünyada məsələ həll etmir. Yalnız agahlıq, pisi yaxşıdan ayıra bilmək, dönməzlik, ardıcıllıq, ağıl insanlara kömək edə bilər.

Hə, bir də BİRLİK. Amma bu birliyi əldə etmək üçün ilk növbədə ağıl lazımdı.

Odur ki, müqəddəs Ramazan ayı ərəfəsində və bu ay ərzində Allahın cəmi müsəlmanlara agahlıq bəxş etməsi duasını tez-tez dilə gətirərək, bir gün bu duaların qəbul olmasına ümid bəsləməliyik.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده