خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 15, 2018 Xəbər kodu : 33521
Höccətül-islam vəl-müslimin Nurizadə
Quran sosial problemlərin qarşısında dayanmaq üçün ən yaxşı dəstəkdir
Şəbistan xəbər agentliyi: Tehranın islami təbliğat idarəsinin müdiri Quran düşmənin yumşaq müharibəsinin qarşısında əmniyyətli bir səngər olduğuna işarə edərək dedi: Quran sosial problemlərin qarşısında dayanmaq üçün ən yaxşı dəstək hesablanır.

Şəbistan xəbər agentliyinin jurnalistinin verdiyi xəbərə əsasən, Tehranın islami təbliğat idarəsinin müdiri Höccətül-islam vəl-müslimin Nurizadə Rey şəhərininislami təbliğat idarəsində keçirilən Quran müəllimlərindən təqir etmək üçün təşkil olunmuş 5-ci konfransda dedi: Quran tamamilə nurdur və insanları nura dəvət edir.

O, əlavə etdi ki, Quran çox tilavət olunan evin bərəkəti çoxalar. Çünki Quran bərəkətli bir kitabdır ki, bərəkətli bir gecədə Peyğəmbərin (s) qəlbinə nazil olmuşdur. Buna görə də bu kitabdan bəhrəsiz qalan şəxs bədbəxt şəxsdir.

Tehranın islami təbliğat idarəsinin müdiri Quran düşmənin yumşaq müharibəsinin qarşısında əmniyyətli bir səngər olduğuna işarə edərək dedi: Bu gün texnologiyanın inkişafı ilə biz cəmiyyətdə bir çox sosial problemlərin şahidi oluruq. Quran sosial problemlərin qarşısında dayanmaq üçün ən yaxşı dəstək hesablanır.

Ən yaxşı mədəni sahələrin biri Quran sahəsində fəaliyyət göstərməkdir. Quran bizi düşünməyə dəvət edir. Biz Quranın bütün təlimlərini rəftara çevirməliyik. Quran insanın həyatında hiss olunmalıdır.

O, qeyd etdi ki, müəllimin məqamı çox üstündür. Çünki Quran müəllimi ən şərafətli ilahi kitabın müəllimidir.

O, sonda xatırlatdı ki, təhsil nazirliyi o zaman müvəffəq olacaq ki, Qurana və onun təlimlərinə əhəmiyyət versin.http://shabestan.ir/detail/News/705432

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده