خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 15, 2018 Xəbər kodu : 33519
Mübarək Ramazan "hilalını (yeni ayı) izləmə təşkilatı"nın üzvü
Cümə axşamı insanlar Ramazan ayının qonağıdırlar
Şəbistan xəbər agentliyi: Höccətül-islam Müvəhhidnəjad dedi: 3-cü gün 120 qrup hilalı (yeni ayı) görmək üçün fəaliyyət göstərəcəklər. Ayın kamil surətdə görüləcəyi düşünülür. Əgər görülməsə, xalqa xəbər veriləcək.

Şəbistan xəbər agentliyinin Quran və maarif jurnalistinin verdiyi xəbərə əsasən, mübarək Ramazan "hilalını (yeni ayı) izləmə təşkilatı"nın üzvü Höccətül-islam Əlirza Müvəhhidnəjad bu gün (Ordibehişt ayının 25-i) sübh mübarək Ramazan hilalını görülməsi üçün təşkil olunmuş xəbər toplantısında bu ilki Ramazan ayının hilalının görülməsində ekspertlərin heç bir problemlə üzləşməyəcəklərini bildirdi. 3-cü gün 120 qrup hilalı (yeni ayı) görmək üçün fəaliyyət göstərəcəklər. Ayın kamil surətdə görüləcəyi düşünülür. Əgər görülməsə, xalqa xəbər veriləcək.

O, əlavə etdi ki, 120 qrup Şaban ayının 29-da hilalı (yeni ayı) görmək üçün fəaliyyət göstərəcək. Rahatlıqla da ay görüləcəkdir. Ay görülmədiyi surətdə də xalqa xəbər veriləcək. Amma Ərəbistanda ehtimalən sabah Ramazan ayını qeyd edəcəklər. Onlar da öz ekspert qrupları ilə hilalı (yeni ayı) görmək üçün fəaliyyət göstərəcəklər.

O, təkid etdi ki, birinci yer ki, ayın görülməsi mümkün olacaq, Cənubi Amerikada Sakit okeandır.

O, xatırlatdı ki, hilalı (yeni ayı) izləmə təşkilatında görüləcək elmi iş bəzi ölkələrdə xüsusi ilə də islami ölkələrdə bu şəkildə deyil.

O, qeyd etdi ki, bizim topladığımız bütün məlumatlar hətta ixtilaflı nəzərlər də Ali Rəhbər üçün göndərilir. Ali Rəhbər də öz nəzərini söyləyir. Misal üçün iki nəfər hilalı gördüyündə biz ixtisasımıza aid suallarımızı soruşur və xəbəri təkmilləşdiririk. Əgər iki şahid eyni cavabı verməsələr xəbər təyid edilmir. Amma bəzi islami ölkələrdə bir nəfər də hilalı görsə, tez hilalın görüldüyünü xəbər verirlər.http://shabestan.ir/detail/News/705496

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده