خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 15, 2018 Xəbər kodu : 33518
Məhdəviyyət nəşriyyat bazarında......
Məhdəviyyət biliklərinin ibtidai təlimi iki cildli “Yaranış gözü” kitabında
Şəbistan xəbər agentliyi: İki cildli “Yaranışın gözü” kitabı Məhdəviyyət mövzularının yeni metodla oxuculara təqdim edilən dərsləri ehtiva edir. Bu kitab yenicə çapdan çıxdı.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin verdiyi xəbərə əsasən Məhəmməd Əmin Baladəstiyan, Mehdi Yusifiyan və Məhəmməd Mehdi Hairi tərəfdən qələmə alınmış “Yaranışın gözü” kitabı iki cilddə çap olundu.

 Bu kitab Məhdəviyyət biliklərinin ibtidai səviyyədə dəsrliyidir. Kitab Həzrət Mehdi mövud (əccəllah taala fərəcəhuş-şərif)  mədəni mərkəzi və Qum elmiyyə hövzəsinin İxtisaslaşmış Məhdəviyyət mərkəzi tərəfdən nəşr olunmuşdur.

  Kitabın ön sözündə  oxuyuruq:

Məhdəviyyət İslam etidaqının əsaslarından və Əhli-beyt (əlehimussalam) məktəbinin önəmli  maarifindən biridir. Bu haqda Qurani-kərimdə ayələr və Şiə və Əhli-sünnə məzhəbinin hədis kitablarında çoxlu fikirlər söylənmişdir. Sözügedən əsərlərdə İmam Zamanın (əccəllah taala fərəcəhuş-şərif) zühuru və ədalətli dövlətinin müjdəsi bütün müsəlmanlara verilmişdir.

Elmi hövzələrin və İslam alimlərinin əsas vəzifələrindən biri dini məntləri araşdırmaq və Məhdəviyyət haqda olan şübhələrə cavablar verməkdir. Buna görə də İxtisaslaşmış Məhdəviyyət mərkəzi belə bir önəmli işi gördü və savadlı kardlar yetişdirmələ yanaşı dəyərli əsərləri tədqiqatçılar və Məhdəviyyət mövzusuna əlaqəsi olan şəxslərə ərməğan etdi. Bu sahədə atılan mübarək addımlardan biri “Yaranışın gözü” kitabıdır. Kitabda Məhdəviyyət mövzuları yeni metodla və hamısının dərk edəcəyi tərzdə İmam Zaman (əccəllah taala fərəcəhuş-şərif) aşiqlərinə təqdim edilmişdir.

Kitabın birinci cildi bir müqəddimə və on yeddi dərsdən ibarətdir.

Birinci cildin bəzi dərsləri bunlardır: İmam Zaman (ə) Quranda, İmam Mehdi (ə) hədislərdə, İmam Zamanın (ə) qeyb olmasının və onun səbəbləri, Qeybdə olan İmamın (ə) faydaları, zühurun şərtləri və…………..

Kitabın ikinci cildinin bəzi dərsləri aşağıdakılardır: İmam Zamanın (ə) dua və ziyarətləri, Yəhudilikdə xilaskar, Məshilikdə və Zərtuşt dinində xilaskar, Qeyb əsrinin tarixi, vəkillik təşkilatı, vilayəti fəqih və…………..

http://shabestan.ir/detail/News/704688

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده