خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, May 14, 2018 Xəbər kodu : 33514

Bəndəliyin xoş ətri
Şəbistan Xəbər Agentliyi: Ramazan ayının başqa bir bərəkət, fürsət və nemətlərindən biri də məscidlərə axışmaq, tövbə və bağışlanmaq istəməkdir. İnsanların məscidə toplaşmağı, Quran ilə ünsiyyət qurub, sevə - sevə onu oxumaqları bir çox rəvayətlərdə tapşırılır.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, raman ayı fəzilətlərlə dolu bir aydır. Bu ayda çoxlu bərəkət və nemətlər vardır. Belə ki, oruc tutan şəxsin yuxusu belə ibadət hesab edilir. Bu ayın ən yaxşı və ən önəmli ibadətlərindən biri də Quran oxumaqdır. Bu ayda Quran oxumaq hədis və rəvayətlərdə dönə - dönə tapşırılaraq sifariş edilir.

 

 

Ramazan ayının başqa bir bərəkət, fürsət və nemətlərindən biri də məscidlərə axışmaq, tövbə və bağışlanmaq istəməkdir. İnsanların məscidə toplaşmağı, Quran ilə ünsiyyət qurub, sevə - sevə onu oxumaqları bir çox rəvayətlərdə tapşırılır. Belə ki, ramazan ayı müqəddəs məkanlarda hazır olmaq və ibadət və mənəviyyatdan yararlanmaq üçün feyz və bərəkət mənbəyi sayılır.

 

Quran və məscid İslam dininin bir - birindən ayrılmayan iki əsas sütunudur. Dini maarifi və İslam dinini yaymaq üçün bu iki sütundan istifadə etmək lazımdır. Bu iki sütunu cəmiyyətdə möhkəmləndirmək, gücləndirmək ladüddür. Buna görə də məscidlər ramazan ayına indidən hazırlıq görməli, gənclər və yeniyetmələr üçün xüsusi tədbirlər proqramı – ramazan tədbirləri hazırlamalıdırlar.

 

 

“Nurun tilavəti” - birgə Quran oxumaq məclisləri və mərasimləri ramazan ayında məsciddə təşkil edilməlidir. Bu məqsədlə icma üzvləri indidən toplanmalı, ruhanilərin nəzarəti altında və xalqın təlabatını nəzərə alaraq Quran məclisləri, iftar süfrələri təşkil etməlidirlər.

 

 

http://shabestan.ir/detail/News/705050

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده