خبرگزاری شبستان

پنج شنبه ۲۸ تیر ۱۳۹۷

الخميس ٧ ذو القعدة ١٤٣٩

Thursday, July 19, 2018

Servis xəbərlərinin titri

Günəşin insana verdiyi müsbət və mənfi təsirlər

Şəbistan xəbər agentliyi: Günəş nurunun şüaları insanın bədəninə bir çox təsirlər qoyur ki, həm həm xeyirli həm də zərərli ola bilər.

Servis Əsas səhifə Zaman :   Monday, May 14, 2018 Xəbər kodu : 33510

Qadınların İmam Zamana (ə) yardım etməkdə rolu
Şəbistan xəbər agentliyi: Qadınların İmam Zamana (ə) yardımı yalnız müharibə və şəhadət sahəsində deyil. Bəlkə müxtəlif sahələrdə onlar İmama yardım edəcəklər. Məsələn: Mədəniyyət sahəsində, tərbiyət sahəsində, cəmiyyətdə və sair.

Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinin  verdiyi xəbərə əsasən  İslam elmləri və mədəniyyəti elmi tədqiqat mərkəzinin elmi heyətinin üzvü Höccətül-islam vəl-müslimin Rəhim Kargər “Məhdəviyyət və zühur əsri” kitabında yazır:

Belə bir sual var: Niyə İmam Zamanın (ə) köməkçilərinin çoxu kişilərdir. Onların çox az hissəsi qadınlardan ibarətdir. Bu az tayfa hansı işləri görə bilərlər?

Qeyd etməliyik ki, müharibə, qiyam və cihada aid olan yerlərdə kişilərin İmamın yardımında aktiv iştirakı təbidir. Çünki Allah-taala qadınların cismi və ruhi xüsusiyyətlərini nəzərə alaraq, onlar üçün bir sıra vəzifə və təkliflər təyin edir. Mübarihənin xüsusiyyətləri və problemlər qadınların nə cismi, nə də ruhi ilə uyğun gəlir. Buna görə də müharibə vəzifəsi onların öhdəsində deyil. Bu təklif onlardan götürülmüşdür. Bu iş yalnız zəruri hallarda ola bilər.

On üç qadının hazır olmasına işarə edən hədisdə də buyurulur ki, onlar Peyğəmbərə (s) kömək edən qadınlar kimi fəaliyyət göstərəcəklər. Maraqlısı budur ki, bu qadınlar dünyasını dəyişmiş qadınlardandır. Onlar zühur zamanı yenidən dünyaya qayıdacaqlar. Onlar dünyaya qayıtdıqdan sonra yaralıları müalicə və xəstələrə kömək etmək kimi işlərlə məşğul olacaqlar.

Təbəri Dəlailul-imamət kitabında İmam Sadiqdən (ə) belə bir hədis nəql edir: Sözügedən on üç qadın aşağıdakı qadınlardan ibarətdir: Rüşeyd Həcərinin qızı Qənva, Ümmi əymən, Hubabə valiyyə, Süməyyə, Zübeydə ümmi-xalid, Ümmi-səid Hənifə, Ümmi-xalid Cəhniyyə və sair…

  Buna görə də qadınların İmam Zamana (ə) yardımı yalnız müharibə və şəhadət sahəsində deyil. Bəlkə müxtəlif sahələrdə onlar İmama yardım edəcəklər. Məsələn: Mədəniyyət sahəsində, tərbiyət sahəsində, cəmiyyətdə və sair.

http://shabestan.ir/detail/News/704685

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده