خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Sunday, May 13, 2018 Xəbər kodu : 33504

Əllamə Hillidən nəql olunmuş ibrət dolu məşhur qəbir əhvalatı
Xeyr, əziz qardaşım! Yaşadığımız hər bir şeyin mələkuti (metafizik, həqiqət) aləmi vardır, sabah onlar bizim qarşımıza çıxacaqdır!

Mərhum Əllamə Hilli öz əlyazmalarının birində belə yazır…

 

İslaminSesi.info – Şəhid Ayətullah dəstğeybin söhbətlərindən:

 

Mərhum Əllamə Hilli öz əlyazmalarının birində belə yazıb:

 

Bir gün əsr vaxtı Hillə qəbiristanlığını ziyarətə getmişdim. Bir məzar və zərində olan yazılar diqqətimi şəkdi. Anlaşılan mərhum Hillə əhlindən deyildi. Çünki adı tanış gəlmirdi. Qəbir daşının altında “elm əhli” yazılmış bir yazı gördüm. Adından ərəb olmadığını anladım. Elm əhli yazısı marağımı artırdı. Mərhumun kim olduğu məni çox maraqlandırdı. Kaşki tanış olsaydım deyə çox heyfisləndim. Əllərimi yuxarı qaldırıb dua etdim:

 

-Allahım bu qürbətdə ölümlə üzləşmiş qəbir əhlini mənə tanıt! deyə yalvardım. Təkrar dualar etdim və Fatihə oxuyub ordan ayrıldım. Evə çatan kimi təvəssül oxuyub, mərhumu tanımam üçün dualar etdim. Bilmədən yuxuya dalmışam.

Yuxuda gözəl simalı bir gənc seyyid mənə yaxınlaşıb salam verdi.

 

_ Aleykum salam! Siz kimsiniz deyə soruşdum.

-Bu gün ziyarət etdiyiniz qəbrin sahibiyəm deyə cavab verdi. Bu gün mənim üçün Fatihə oxudunuz, dualar etdiniz. Təşəkkür edirəm. Tanımaq istədiyiniz şəzs mənəm.

 

-Haralısınız?

_İranlıyam. Bura İslam elimlərini öyrənmək üçün gəldim. (o zamanlar Hillə hövzəsi Nəcəf hövzəsi kimi məşhur idi). Mədrəsədə mənə otaq vermişdilər. Orada yaşayırdım. Yatalaq xəstəliyinə tutulmuşdum. Çox halsız və ağrılar içində idim. Artıq idrakım qalmamışdı. Sanki işkəncə çəkirdim. Bu vaxt nur üzlü bir gənc içəri girib mənə salam Verdi. Sanki o mənə bir təsəlli kimi gəlmişdi. Mənə dedi:

 

-Necəsən Seyyid ağa deyə soruşdu.

-Gördüyün kimi çox xəstəyəm hər yerim ağrayır dedim.

-Həkim çağırımmı?

-Bundan daha gözəl nə ola bilər?

-Əmr edin! deyib getdi. O da çox xoşgörülü, xoş ətirli, şəfqətli birisi idi. Mənə salam verib dedi:

-Haran ağrayır?

-Ayağımın ucundan beynimə qədər hər yerim ağrayır dedim.

-Narahat olma yaxşı olacaqsan! Dedi.

 

Sonra əllərini ayaq uclarıma toxundurub, mənə baxaraq necədir dedi.

-Mənə çox xoş gəldi dedim. Əllərini biraz da yuxarı çəkərək necədir deyə bir daha soruşdu. Mənə çox yaxşı gəldi dedim. Əllərini bir az da yuxarı çəkib təkrar soruşdu. Çox gözəl deyə cavab verdim. Beləcə boğazıma qədər çəkdi və hər dəfəsində çox yaxşıyam deyə cavab verdim. Birdə baxdım ki, mən yuxarıda, bədənim isə yerdədir…

 

Beten ağrılarım keçmiş, bədənim yüngülləşmiş, özümü inanılmaz dərəcədə dinc hiss edirdim. Özümü yuxarıda görüncə çaş-baş qaldım. Dönüb onlardan nə olduğunu soruşmaq istəyirdim ki, tələbə dostlarımdan biri içəri girib, başımın üstünə gəli: “Vay ölmüş!” deyə qışqırdı. “Yoldaşlar tez gəlin yazıq seyyid ölmüş. Neçə gündü xəstə yatırdı. Nəhayət canın qurtardı!” dedi.

 

O zaman öldüyümü anladım…

 

Məni qüsl vermək üçün götürüb apardılar… Kəfənlədilər. Öldüyümü anlayanda kədərləndim,  qoxdum. Çünki başıma nələr gələcəyini bilmirdim. Məni məzara qoydular. Məzarda elə bil bədənimə dönmüşdüm. Qorxum atrmışdı. Məndən “həkim istəyirsənmi” deyə soruşan gənc yanımda idi. Sevimli və rahat siması vardı. Onu görmək məniə rahatlıq verirdi. Onu görər görməz soruşdum:

 

-Səni görəndə sevindim. Niyə sən də mənimlə məzara girirsən?

 

Cavab verdi: Hələ kim olduğunu anlamadınmı?

-Xeyr! Nələr baş verir, sən kimsən?

 

O qədər sevimli idi ki, ona baxmaq mənə rahatlıq verirdi. Gülümsəyərək cavab verdi:

 

- Mən sənin əməllərinəm! Saleh əməllərin!...  Gözəl əməllərin!... Gözəl əxlaqın!...

- Necəki rəvayətlərdə vardır: “Ölüm mələyi anadan daha şəfqətlidir.” O ölüm mələyi idi. Canını o şəkildə alaraq səni sağaltdı. Narahat olma mən daima sənin yanındayam.!

 

Əllamə Hilli tam bu sırada yuxudan ayılır. Görüdüklərini qələmə alaraq bizə miras edir. Bu yuxu sadiq yuxulardandır. Çünki içində etiqadımızla zidd olacaq bir şey yoxdur.

 

Ey insan! Ey insanlar! Oyanın!

 

Yer üzərində heç bir şeyin həqiqəti yox olmaz. Pis və yaxşı nəticələri oluar!

 

Siz elə sanırsınız ki, hər şey, bu söhbət də burda bitib gedəcək?

Xeyr! Xeyr! Əziz qardaşım!

 

Səbah kı gün bu yarım saatlıq söhbət sizə şahidlik edəcək. Bu səbəbdən İslam alimləri bizə belə bir tövsiyə edir: “İbadətlərinizi fərqli yerlərdə edin ki, sizə şahidlik edən çox olsun. Məkanlar sizing üçün şahidlik etsin.”

 

Hər şey bittimi!?

 

Xeyr, əziz qardaşım! Yaşadığımız hər bir şeyin mələkuti (metafizik, həqiqət) aləmi vardır, sabah onlar bizim qarşımıza çıxacaqdır!

 

(Ayətullah Dəstğeybin söhbətlərindən)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده