خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Sunday, May 13, 2018 Xəbər kodu : 33502

İranlı dustaqlar ölkəsinə təhfil verildi
Şəbistan Xəbər Agentliyi: Azərbaycan Respublikasının zindanlarında saxlanılan on beş iranlı məhbus bu gün Astara quru sərhədi ilə İrana köçürülübdür.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu xəbəri verərək, deyib: İran İslam Respublikası rəsmilərinin ardıcıl səyləri və məsələni izləmələri ilə bu gün günortaçağı Azərbaycan Respublikasının zindanlarında saxlanılan on beş iranlı məhbus öz məhkumluq müddətinin yerdə qalan hissəsini öz ölkəsində keçirmək məqsədilə Astara quru sərhədi ilə İrana daxil olubdur.

 

O, bildirib ki, bu məhbuslar İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında məhkumların ekstradisiyası barədəki razılaşmanın icrasının 25-ci etapı çərçivəsində İrana köçürülüblər. O, ümid etdiyini bildiribdir ki, digər məhbusların ölkəyə köçürülmələri.

 

 

Başqa bir xəbərdə deyilir: İranın Beynəlxalq Gömrük Əməkdaşlıqları Ofisinin baş müdiri deyib: İran və Azərbaycan rəsmiləri arasında əldə edilmiş anlaşmaya əsasən iki ölkə arasındakı aktiv gömrük keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir.

 

İRNA-nın məlumatına görə, İranın Beynəlxalq Gömrük Əməkdaşlıqları Ofisinin baş müdiri Hüseyn Kaxəki cümə günü Ərdəbildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev ilə görüşdükdən sonra deyib: İki ölkənin birgə komissiyalarının qərarlarına əsasən Astara, Cülfa və Biləsuvar gömrük keçid məntəqələri 24 saatlıq iş rejiminə keçəcəklər.

 

 

http://shabestan.ir/detail/News/705043

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده