خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Sunday, May 13, 2018 Xəbər kodu : 33500
Bir yazar və trəcüməçi Şəbistan xəbər agentliyi ilə müsahibəsində
Məscid mərkəzlərinin kitabxanaları mədəni problemləri aradan qaldıra bilər
Şəbistan xəbər agentliyi: Höccətül-islam Talibi Mazandarani dedi: Məscid mərkəzlərinin kitabxanaları böyük şəkildə camaatın mütaliə ehtiyacını qarşılayır.

Bir yazar və trəcüməçi Höccətül-islam Sadiq Talibi Mazandarani məscid mərkəzlərinin cavanların kitab oxumağa həvəslərinin artmasındakı rolu barədə Şəbistan xəbər agentliyi ilə müsahibəsində dedi: Təəssüflər olsun ki, mütaliə də əmr be məruf və nəhy əz münkər kimi unudulmuş vaciblərdəndir. Məktəblər və məscidlər kitab oxumağın yayılması üçün çox yaxşı bir fürsətdir.

O, məscid mərkəzlərinin kitab oxumağın yayılmasındakı önəmli roluna işarə edərək dedi: Məscidlərin mədəniyyət mərkəzləri kitabxanalar yaradaraq bu sahədə təsirli rol oynaya bilərlər. Habelə camaatı dini və mədəni agahlığa sövq etdirə bilərlər.

O, qeyd etdi ki, elm və texnologiya sahəsində cihad etmək ölkənin düzəlməsində lazımlı bir məsələdir. Mədəni hücumların yarandığı bu zaman bölümündə bizim övladlarımızın onların qarşısında müqavimət göstərə bilməsi üçün ən yaxşı vasitə elmdir. Elmin vasitəsi ilə ölkənin iqtisadiyyat və mədəniyyətini çiçəkləndirmək olar.

O, bildirdi ki, ölkəmizdəki mütaliə həddi İran xalqının şənində deyil. Ölkəmizdəki mütaliə həddinin bundan daha çox olmasını gözləyirik. Bu məsələ də valideynlərin və məscid mərkəzlərinin həmkarlığı olmadan həyata keçməz.

O, vurğuladı ki, cəmiyyətdə yaranmış problemlər agahlığın olmamasından irəli gəlir. Xalq öz agahlıq və məlumatlarını mütaliə ilə yuxarı aparmalıdırlar.  

Höccətül-islam Talibi Mazandarani dedi: Məscid mərkəzlərinin kitabxanaları böyük şəkildə camaatın mütaliə ehtiyacını qarşılayır.http://shabestan.ir/detail/News/704482

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده