خبرگزاری شبستان

یکشنبه ۶ خرداد ۱۳۹۷

الأحد ١٣ رمضان ١٤٣٩

Sunday, May 27, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyə manedir

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Özünü bəyənmək ilahi rəhmətdən bəhrələnməyin maniələrindən bir digəridir. Habelə o insanın əməllərinin aradan getməsinə də səbəb olur.

Servis Əsas səhifə Zaman :   Saturday, May 12, 2018 Xəbər kodu : 33494

İnsan özündən qaça bilərmi?
İnsan fitri olaraq həqiqət axtarışında olan bir varlıqdır. Ancaq bəzən həqiqi yolu qoyub, şeytanın (lən) cızdığı yolla getməyə başlayar. Ancaq əgər öz fitrətinə, daha doğrusu öz batininə nəzər salsa, görər ki, çox böyük səhvlər yerinə yetirir. Çünki səni məgər səndən almaq olarmı?

Qurani-Kərimdə buyurulur: “Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı)gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından)çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir”. (“Ali-İmran” 30).

 

İnsan fitri olaraq həqiqət axtarışında olan bir varlıqdır. Ancaq bəzən həqiqi yolu qoyub, şeytanın (lən) cızdığı yolla getməyə başlayar. Ancaq əgər öz fitrətinə, daha doğrusu öz batininə nəzər salsa, görər ki, çox böyük səhvlər yerinə yetirir. Çünki səni məgər səndən almaq olarmı?

 

Məgər məni məndən almaq olarmı? Başımdakı papağı ala bilərlər, ancaq başımı məndən ala bilərlərmi? Paltomu çıxarda bilərlər, ancaq məni məndən ala bilərmi?

 

Ona görə də ey əziz! Sən başqalarından qaça bilərsən, ancaq özündən və batininin verdiyi suallardan qaça bilməzsən. Harada oluramsa-olum, yenə də özüməm. Ona görə də insan heç bir zaman özündən qaça bilməz.

 

Fərz edin ki, bir nəfər malyariya xəstəliyinə düçar olmuşdur. Hərarətin çoxluğundan xəyallar görməyə başlayır. Görür ki, bir nəfər əlində daşla, o birisi dəmirlə ona hücum edir. Vəhşi heyvanlar onu əhatə edib, ətini qopartmağa çalışırlar. Ona görə də qışqırır ki, qapını bağlayın, yoxsa məni öldürəcəklər. Yanında olanlar deyirlər ki, axı biz heç kəsi görmürük. Sən sayıqlıyırsan.

 

Nəhayət dözə bilməyib özünü bayıra atır ki, onların əlindən xilas ola bilsin. Ancaq görür ki, hücum edən bu insan və heyvanlar ondan qabaq gəliblər və onu boş buraxmırlar. Bu çarəsiz düşünmür ki, bütün bunlar onun öz daxilindən irəli gəlir, ətrafında heç kəs yoxdur. Hər nə qədər qaçsa da, yenə də xilas ola bilmir.

 

Ona görədir ki, Allah yer üzərinə Quranı və peyğəmbərlərini (ə) göndərmişdir ki, heç kəs üçün bəhanə qalmasın və deməsin ki, bizə həqiqi yolu göstərən yox idi. (Həvzəh)

 

Ey əziz! Hələ ki, fürsətin var, bu deyilənlər barəsində düşün. Çünki insan ömrü çox qısadır, ancaq axirətdə verəcəyi hesabı uzundur. Bu qısa həyatda elə yaşayaq ki, axirətimizi abad edək, xarab deyil.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده