خبرگزاری شبستان

جمعه ۲۶ مرداد ۱۳۹۷

الجمعة ٦ ذو الحجّة ١٤٣٩

Friday, August 17, 2018

Servis xəbərlərinin titri

Yumşaq müharibənin qarşısında durmağın yolu Quran məfhumlarından istifadə etməkdir

Şəbistan xəbər agentliyi: Ordunu tənzimləyən idarənin müdiri ordunun on səkkizinci Quran müsabiqələrinin sona çatma mərasimində dedi: Azad insanlar İraqda olduqları zaman həqiqətdə iraqlılar bizim əsirimiz idilər. Onlar bizim təfəkkürümüzə qələbə çala bilmədilər.

Servis Əsas səhifə Zaman :   Saturday, May 12, 2018 Xəbər kodu : 33493

İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?
Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?”. Buyurur: “Allahdan razı olmaq və Onu sevmək”.

Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?”. Buyurur: “Allahdan razı olmaq və Onu sevmək”.

 

İmam Sadiq (ə) buyurur: “İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır”.

 

İmam Baqir (ə) buyurur: “Bil ki, (insanlara) yaxın olmaq – Allahdandır. (İnsanlarla) düşmən olmaq – şeytandandır”.

 

İmam Əli (ə) buyurur: “Məbada Allahın düşmənini sevəsən və ya Allahındostu olmayanlar üçün dostluğunu xalis edəsən. Çünki hər kəs hansıdəstəni sevər, onlarla məhşur olar”.

 

İmam Sadiq (ə) buyurur: “Qəlb – Allahın hərəmidir. Ona görə də Allahdan qeyrisinə qəlbində yer vermə”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.

Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.

Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah vədüşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”. (Tebyan)

 

Həzrət Peyğəmbər (s) buyurur: “İmanın hansı tutacağı daha möhkəmdir?”.

Əbuzər deyir: “Allah və Rəsulu (s) daha yaxşı bilir”.

Həzrət (s) buyurur: “Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etmək və Allah yolunda qəzəblənmək”.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده