خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, May 12, 2018 Xəbər kodu : 33492

Quran surələri ilə qısa tanışlıq- "Loğman" surəsi
“Loğman” surəsi 34 ayədən ibarətdir və təfsir alimləri arasında onun Məkkədə nazil olması məşhur nəzər olsa da, bəzi alimlər, o cümlədən, Şeyx Tusi özünün “Tibyan” kitabında bu surənin “namaz” və “zəkat”dan söz açan 4-cü ayəsi və yaxud Fəxri-Razi həmin ayə ilə yanaşı Allah-Taalanın geniş elminə işarə edən 27-ci ayəsinin Mədinədə nazil olduğunu bildirmişlər.

“Loğman” surəsi 34 ayədən ibarətdir və təfsir alimləri arasında onun Məkkədə nazil olması məşhur nəzər olsa da, bəzi alimlər, o cümlədən, Şeyx Tusi özünün “Tibyan” kitabında bu surənin “namaz” və “zəkat”dan söz açan 4-cü ayəsi və yaxud Fəxri-Razi həmin ayə ilə yanaşı Allah-Taalanın geniş elminə işarə edən 27-ci ayəsinin Mədinədə nazil olduğunu bildirmişlər. Amma buna dair heç bir dəlil-sübut gətirməmişlər. Çünki namaz və zəkat məsələsi (zəkat geniş mənada) Məkkədə də ilahi hökm olaraq icra olunurdu. Həmçinin Allah-Taalanın elminin hədsizliyi də Mədinəyə məxsus nişanələrdən olmaması aydın bir məsələdir. Demək, “Loğman” surəsi də Məkkədə nazil olmuş surələrdəndir və Məkkədə nazil olmuş surələrin ümumi möhtəvasını özündə əks etdirir; yəni bu surədə də İslamın əsas prinsiplərindən, məxsusən, “tövhid”, “məad” və “nübüvvət” bəhslərindən söz açılır.

Ümumiyyətlə, sözügedən surənin möhtəvası beş hissədə xülasələnir:

1. Surə “müqəttəə” hərfləri ilə başlandığından, dərhal hikmət dolu Quranın əzəmətindən, onun müəyyən səciyyələrə sahib mömin və xeyirxah insanlar üçün hidayət və rəhmət olmasından söz açılır. Növbəti ayələrdə isə, bəndələri Allah dinindən uzaqlaşdırmaq istəyən, onları masqaraya qoyanların inadkarlığından, qulaqlarında karlıq varmış kimi Quran ayələri müqabilində təkəbbür göstərmələrindən və onların ağır əzaba düçar olacaqlarından danışılır.

2. Surənin ikinci hissəsi səmanın yaradılışındakı ilahi nişanələrə, səmanın dirəksiz bərpasına, yerdə durmuş dağların bərqərarı və cürbəcür heyvanların yaşamasına, göydən yağışın yağması və onun vasitəsilə növbənöv gözəl bitkilər və meyvələrin yetişməsinə həsr olunur.

3. Üçüncü hissədə ilahi şəxsiyyət həzrət Loğmanın öz övladına hikmətamiz kəlamları nəql olunur. Onun kəlamları şirklə mübarizə və yeganəpərəstişlə başlayır, ata-anaya ehtiram, namaz qılmaq, yaxşılığa dəvət, pislikdən çəkindirmə, ağır hadisələr önündə səbirli olmaq, xalqla mülayim rəftar, təvazökarlıq və işlərdə mötədillik tövsiyəsi ilə yekunlaşır.

4. Növbəti hissədə yenidən tövhid dəlillərinə qayıdılır; göydə və yerdə olanların insanlara ram edilməsi və istifadəsinə verilməsindən, Rəbbin geniş nemətlərindən söz açılır, azğınlıq vadisində çapalayan və ata-babalarına kor-koranə təqlid edən bütpərəstlərin məntiqi məzəmmət olunur, Allah-Taalanın geniş və sonsuz elmi aydın misallarla izah olunur, kafirlərin qara buludlar kimi dalğalarla əhatə olunduğu zaman dini və ibadəti Allaha məxsus edərək yalnız Ona dua etdikləri (“fitri tövhid” məsələsinə), Allah da onları sağ-salamat quruya çıxartdıqda bəzilərinin elə öz küfründə qaldıqlarından və ilahi ayələrin yalnız xain və nankor olan insanlar tərəfindən danıldığından söz açılır!

5. Beşinci hissədə məad və ölülmdən sonrakı həyata işarə olunur və insana xəbərdarlıq edilir ki, bu dünyada məğrur olma, dünya həyatına aldanma, axirətin və son mənzilin haqda bir düşün! Surənin son ayəsində də Allah-Taalanın qeyb elminin bir guşəsinə işarə edilərək buyurulur:

إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı öydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!”

Qeyd etməliyik ki, sözügedən surənin “Loğman” adlandırılması da surədə verilmiş həzrət Loğmanın hikmətli kəlamları ilə əlaqədardır. Surənin 12-ci аyәsində охuyuruq:

وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَن يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

Hәqiqәtәn, Lоğmаnа hikmәt vеrdik ki, Аllаhа şükr etsin. Kim şükür etsə, özü üçün şükür edər. Kim nankor olsa, (bilsin ki) Allah onun şükrünə möhtac deyildir, (özlüyündə) şükrə (tərifə) layiqdir!

İmаm Sаdiqdәn (ә) nәql оlunmuş bir rәvаyәtdә bеlә dеyilir: Аnd оlsun Аllаhа, Lоğmаnа hikmәәsil-nәsәbinә, imаrәtinә, vаr-dövlәtinә, övlаdlаrınа, cisminin qüvvәsinә vә gözәlliyinә görә vеrilmәdi. Lоğmаn Аllаhın әmrlәrinin icrаsındа sаbitqәdәmlik vә güc göstәrdi. Аllаhın rаzılığı оlmаyаn işlәrdәn uzаq dаyаndı. Lоğmаn sаkit bir insаn idi. Оnun dәrin düşüncәsi vә iti bахışı vаrdı. Dаim ibrәt götürmәk istәyirdi. Әlinә dünyа nеmәti düşdükdә sеvinmәz, dünyа mаlı әlindәn çıхdıqdа kәdәrlәnmәzdi. Lоğmаn iki vuruşаn аdаmın yаnındаn düz kеçmәz, dаyаnıb оnlаrı islаh еdәr, dоstlаşdırаrdı. О, din аlimlәri, hikmәt sаhiblәri ilә yахınlıq еdәrdi. Lоğmаn nәfs istәklәrinә qәlәbә yоlunu hikmәt sаhiblәrindәn sоruşаr vә yаddа sахlаyаrdı. О dаim nәfsi ilә mübаrizә аpаrаr vә şеytаndаn uzаq gәzәrdi. Öz qәlbinәibrәtlә çаrә qılаrdı. Elə bu sәbәblәrә görә dә Аllаh-Taаlа оnа hikmәt vә ismәәtа buyurdu. (“Әl-mizаn”, c.16, sәh.331-333; Ustad Məhəmmədhüseyn cəfərinin “Surələr gülüstanı” kitabından nəqlən.)

LОĞMАN” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأ سورَةَ لُقمانَ، کانَ لُقمانُ لَهُ رَفیقاً یَومَ القِیامَةِ، وَاُعطِىَ مِنَ الحَسَناتِ عَشراً بِعَدَدِ مَن عَمِلَ بِالمَعروفِ وَعَمِلَ بِالمُنکَرِ

“Hər kim “Loğman” surəsini oxusa, qiyamət günü Loğmanla birgə olar, ona yaxşı iş görən və pis işdən çəkinən hər bir kəsin sayı müqabilində on savab əta olunar.” (“Məcməul-bəyan”, 8-ci cild, səh.312.)

2.İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأ سورَةَ لُقمانَ فی کُلِّ لَیلَة وَکَّلَ اللّهُ بِهِ فی لَیلَتِهِ ثَلاثِینَ مَلَکاً یَحفَظونَهُ مِن إبلیسَ وَجُنودِهِ حَتّى یُصبِحَ فَإن قَرَأها بِالنَّهارِ لَم یَزالوا یَحفَظونَهُ مِن إبلِیسَ وَجُنودِهِ حَتّى یُمسِىَ

“Hər kim “Loğman” surəsini gecə oxuyarsa, Allah-Taala onu sübhə qədər İblis və onun qoşunundan qorumaq üçün otuz mələk məmur edər və əgər gündüz oxuyarsa, (yenə) bu otuz mələk tərəfindən gün batana qədər İblis və onun qoşunundan qorunar.” (“Nurus-səqələyn”, 4-cü cild, səh.193; “Təfsiri-nümunə”, 17-ci cild, səh.3-5)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده