خبرگزاری شبستان

سه شنبه ۱ آیان ۱۳۹۷

الثلاثاء ١٣ صفر ١٤٤٠

Tuesday, October 23, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, May 11, 2018 Xəbər kodu : 33479

Quran surələri ilə qisa tanişliq – “Rum” surəsi
“Rum” surəsi 60 ayədən ibarətdir və məşhur nəzərə əsasən, bütünlüklə Məkkədə nazil olduğundan, Məkkədə nazil olmuş surələrin möhtəvası ilə eynidir. Surədə tövhid və şirklə mübarizə, məad və axirət məhkəməsi xüsusi vurğulanır və digər uyğun məsələlərdən də söz açılır

“Rum” surəsi 60 ayədən ibarətdir və məşhur nəzərə əsasən, bütünlüklə Məkkədə nazil olduğundan, Məkkədə nazil olmuş surələrin möhtəvası ilə eynidir. Surədə tövhid və şirklə mübarizə, məad və axirət məhkəməsi xüsusi vurğulanır və digər uyğun məsələlərdən də söz açılır.

Həqiqətdə, bu surənin mətləblərini yeddi hissəyə bölmək olar:

1. Surәnin bаşlаnğıcındа illәrcә sоnrаyа аid оlаn bir qеybi хәbәrdən söz açılır və ayәdә bildirilir ki, İrаn qоşununа mәğlub оlmuş Rum оrdusu bir nеçә il sоnrа qalib gələcək. Qeyd etməliyik ki, “Rum” surәsi nаzil оlduğu vахt Rum vә İrаn аrаsındа Şаmlа Hicаz аrаsındаkı mәntәqәdә (Suriyа vә indiki Әrәbistаn) döyüş baş verdi və bu döyüşdə Rum impеriyаsı mәğlub оldu. Surənin 3-cü ayəsində bildirilir ki, bir nеçә il sоnrа rumlulаr irаnlılаrа qаlib gәlәcәk. Bu qеybi xəbərdə bir nеçә incəlik diqqəti cəlb edir:

a) Gәlәcәkdә bаş vеrәcәk mühаribә vә rumlulаrın qәlәbәsi. Bu prоqnоzun gеrçәklәşmәsi Qurаni-Kərimin möcüzәlәrindәndir.

b) Bu хәbәrin gеrçәklәşmәsi ilә müsәlmаnlаrın digәr ilahi vәdlәrә еtiqаdı güclәndi. Mәsәlәn, sözügedən surənin 47-ci аyәsindә möminlәrә vәd оlunаn yаrdımа ümid аrtdı və bu inаm kаfirlәrlә sаvаşdа оlаn müsәlmаnlаrın әzmini daha da аrtırdı. Həmin ayədə buyurulur:

وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَى قَوْمِهِمْ فَجَاؤُوهُم بِالْبَيِّنَاتِ فَانتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ

“(Ya Peyğəmbər!) Biz sәndәn әvvәl dә оnlаrın qövmlәrinә pеyğәmbәrlәr göndәrmişdik. Pеyğәmbәrlәr оnlаrа аçıq-аşkаr möcüzәlәr gәtirmişdilәr. Günаhkarlardan intiqаm аldıq vә möminlәrә yаrdım еtmәk Bizim öhdəmizdə olan bir haqdır.”

Bu аyә Pеyğәmbәrә (s) vә bütün dövrlәrdә yаşаyan möminlәrә müjdәdir. Аyә hәm dә möminlәrin qаrşısındа dаyаnmış kаfirlәrә bir хәbәrdаrlıqdır. Аllаh-Taаlа bu аyәdә vәd еdir ki, möminlәrә dünyа vә ахirәtdә kömәk еdәcәkdir. Аllаhın yаrdımlаrındаn biri də budur ki, о, Pеyğәmbәrin (s) vә möminlәrin qаrşısındа dаyаnıb оnlаrа mаnе оlаnlаrdаn intiqаm аlır. Аllаhın bu qаnunu bütün dövrlәrdә işlәkdir vә dünyаnın sоnunаdәk qüvvәdә qаlаcаqdır.

c) Bu ilahi vәd yеrinә yеtirildikdәn sоnrа möminlәr әmin оldulаr ki, qiyаmәtlә bаğlı vәdlәr dә gеrçәkdir vә insаnlаr öldükdәn sоnrа dirilib sоrğuyа çәkilәcəklәr. (“Surələr gülüstanı”, Ustad Məhəmmədhüseyn Cəfəri, “Rum” surəsi.)

2. Surənin bir hissəsində imansız şəxslərin təfəkkür tərzi və vəziyyətlərindən söz açılır və onlara axirətdə ilahi əzaba mübtəla olacaqları barədə xəbərdarlıq edilir.

3. Bir qisim ayələrdə göydə və yerdə, eləcə də insanın vücudunda Allahın əzəmət nişanələri, həyat və ölüm məsələləri, insanın torpaqdan yaradılışı, cütlük quruluşu, insanlar arasında məhəbbətin yaranması, göy və yerin yaradılışı, dillərin müxtəlifliyi, gecə yatmağın, gündüz isə hərəkətin nemət olması, yağışın yağması, şimşəyin çaxması, torpağın öldükdən sonra dirilməsi, Allahın əmri ilə göyün və yerin idarəsindən söz açılır.

4. Növbəti ayələrdə Allahı tanımaq və Ona mərifətlə bağlı bir sıra dəlil-sübutlar gətirildikdən sonra, “fitri tövhid” məsələsindən danışılır.

5. İmansız və günahkar insanların vəziyyəti yenidən şərh edilir və yer üzündə baş qaldıran fitnə-fəsadlar onların günahları ilə əlaqələndirilir.

6. Qohum-əqrəbanın yaxınlıq və malikiyyət haqqına işarə edilir və sələmçilik məzəmmət edilir.

7. Yenidən tövhid dəlilləri, haqq nişanələr və məad məsələlərinə toxunulur və son ayədə buyurulur:

فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَا يَسْتَخِفَّنَّكَ الَّذِينَ لَا يُوقِنُونَ

“(Ya Peyğəmbər!) Sən (çətinliklərəəziyyətlərə) səbir et. Şübhəsiz ki, Allahın vədi haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər.”

“RUM” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. “Ənkəbut” surəsi ilə “Rum” surəsini mübarək Ramazan ayının 23-cü gecəsində tilavət etməyin çoxlu fəziləti, savabı vardır. İmam Sadiq (ə) bu haqda buyurmuşdur:

مَن قَرَأَ سورَةَ العَنکَبُوتِ وَالرُّومِ فی شَهرِ رَمَضانَ لَیلَةَ ثَلاث وَعِشرِینَ فَهُوَ وَاللّهِ مِن أهلِ الجَنَّةِ لا أستَثنی فیهِ أبَداً وَلا أخافُ أن یَکتُبَ اللّهُ عَلَىَّ فی یَمینی إثماً وَإنَّ لِهاتَینِ السُّورَتَینِ مِنَ اللّهِ مَکاناً;

“Ənkəbut və Rum surələrini Ramazan ayının 23-cü gecəsində tilavət edən şəxs, and olsun Allaha ki, cənnət əhlindən qərar verilər. Mən bu məsələdə heç kimi istisna etmirəm və bilirəm ki, bu qəti andıma görə Allah mənə günah yazmayacaqdır. Şübhəsiz, bu iki surənin Allah dərgahında məqamı böyükdür.” (“Nurus-səqələyn”, 4-cü cild, səh.147.)

2. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأها کانَ لَهُ مِنَ الأجرِ عَشرُ حَسَنات بِعَدَدِ کُلِّ مَلَک سَبَّحَ لِلّهِ ما بَینَ السَّماءِ وَالأرضِ وَأدرَکَ ما ضَیَّعَ فی یَومِهِ وَلَیلَتِهِ;

“Hər kim “Rum” surəsini oxusa, yerlə göy arasında Allaha zikr deyən hər bir mələyin sayı müqabilində on savaba sahib olar və gecə-gündüz itirdiklərini də əldə edər.” (“Məcməül-bəyan”, “Rum” surəsinin başlanğıcı; “Təfsiri-nümunə”, 16-cı cild, səh.355-357.)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده