خبرگزاری شبستان

سه شنبه ۹ آذر ۱۴۰۰

الثلاثاء ٢٥ ربيع الثاني ١٤٤٣

Tuesday, November 30, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, May 9, 2018 Xəbər kodu : 33462

Həsən Ruhani: Razılaşma ABŞ-sız davam edəcək
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikasının prezidenti Həsən ruhani Amerikanın ƏMTP-dən çıxmasının elan olunmasından sonra deyib: Amerika heç vaxt öz öhdəliklərinə sadiq qalmayıb və onun Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxacağı gözlənilən idi.

 

ABŞ-ın ƏMTP-dən çıxması Vaşinqtonun beynəlxalq razılaşmalara sadiq qalmadığını göstərir

 

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İİR prezidenti Həsən Ruhani dünən gecə ABŞ prezidenti Donald Trampın ƏMTP-dən çıxmasını elan etməsindən sonra deyib: Bundan sonra bu razılaşma İran ilə Rusiya, Çin, Fransa, Britaniya və Almaniya arasında davam edəcək.

 

Ruhani Amerikanın nüvə sazişindən çıxmasının gözlənilən olduğunu bildirərək deyib: İslam İnqilabının 40 illik keçmişi və hətta ondan öncəki dövr də bizə sübut edir ki, amerikalılar İranın böyük xalqı və region xalqları qarşısında daima düşmən rəftara malik olublar  və heç vaxt region və dünyada sülh və sabitlik istiqamətində hərəkət etməyiblər.

 

İİR prezidenti Tramp hökumətinin beynəlxalq müqavilələr qarşısındakı ilqarsızlığına toxunaraq deyib: Trampın ƏMTP barədə qərarı İrana qarşı psixoloji müharibənin başlanğıcıdır, amma İranın müqavimət göstərən xalqı bu psixoloji müharibənin təsirinə düşməyəcək.

 

Həsən Ruhani deyib: Amerikanın öz sözündən dönməsinə baxmayaraq ƏMTP razılaşması davam edəcək və biz sülh uğrunda digər ortaqlarımızla birlikdə addım götürə bilərik, amma mənafeyimiz təmin olmazsa, onda yeni qərarlar verəcəyik.

 

 

http://www.shabestan.ir/detail/News/704191

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده