خبرگزاری شبستان

یکشنبه ۵ خرداد ۱۳۹۸

الأحد ٢٢ رمضان ١٤٤٠

Sunday, May 26, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 8, 2018 Xəbər kodu : 33447

Cahanşümul hökumətin hədəfləri
Mənəvi inkişaf və ədalətin bərpasi

Varlıq aləminin yaradılışında məqsəd, insanın kamala çatması və bütün kamalların mənbəyi olan Haqq-Taalaya yaxınlaşmaqdır. Bu böyük məqsədə çatmaq üçün bütün maddi və mənəvi vasitələr hazır olmalıdır. İmam Zamanın (ə.c) cahanşümul hökuməti Allaha yaxınlaşmaq vasitələrini hazırlayacaq və bu istiqamətdə bütün maneələri aradan qaldıracaqdır.

Əlbəttə, insan cisim və ruhdan təşkil olduğundan, ehtiyacları da maddi və mənəvi yönlərə malikdir. O, kamala çatmaq üçün hər iki yöndə uyğun hərəkət etməlidir. İlahi hökumətin ən böyük hədiyyəsi olan “ədalət” qanunu insanın maddi və mənəvi istiqamətlərdə sağlam inkişafına zəmanət verir. Deməli, on ikinci imamın (ə) hökuməti əsasən iki mehvəri – mənəvi inkişaf” və ədalətin icrası və genişlənməsi”ni izləyəcəkdir.

1. Mənəvi inkişaf:

Qeyd edilən hədəflərin dəyərini bilmək üçün tarix boyunca zülmkar hakimlərin hakim olduğu dövrlərdəki bəşər həyatına nəzər salınmalıdır. Tarix boyu ilahi höccətin hakimiyyətindən uzaq olan dövrlərdə mənəviyyat və mənəvi dəyərlər hansı mövqeyə sahib olmuşdur? Görəsən, bəşəriyyət yolunu itirmiş və hər zaman mənəviyyatın əzilməsi uğrunda addım atmışdırmı? İnsanlar nəfsin istəklərinə və şeytanın vəsvəsələrinə uyaraq həyatlarındakı gözəllikləri və yaxşılıqları bir-bir unutmuş və nəticədə onları öz əlləri ilə şəhvət qəbirisitanlığında dəfn etmişdirlərmi?!

Çox təəssüf ki, yalan, fırıldaqlıq, xudbinlik, xəyanət, cinayət, qarınqululuq və bu kimi nəfsani istəklər təmizlik, sədaqət, düzgünlük, həmkarlıq, fədakarlıq və yaxşılıq kimi səciyyəvi dəyərlərin yerini tutmuşdur. Bir sözlə, mənəviyyat bəşər həyatında son nəfəslərini çəkir, dünyanın bir çox yerlərində və bir çox şeytana bənzər insanlarda mənəviyyatdan əsər-əlamət görünmür.

On ikinci imamın hökuməti mənəvi dəyərlərin dirilçəlməsi istiqamətində addımlayacaq və ölmüş canlara can verəcək. Mələklərin səcdə etdiyi insan ilahi hökumət sayəsində həqiqi həyatı və onun şirinliyini dadacaq, yaxşılıqlar və gözəlliklərin ətrini duyacaq. İmam Mehdinin (ə) hökuməti bəşəriyyətə yeni və fərqli həyat tərzi təqdim edəcək və həyat öz əsl mənasını tapacaqdır. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَجِيبُواْ لِلّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ...

“Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin...” (“Ənfal” surəsi, ayə 24.)

Demək, insanı heyvandan fərqləndirən mənəvi həyat onun həqiqi varlığını təşkil edir. İnsan belə bir həyata sahib olduğu üçün “Adəm” adlandırılmışdır. Bu da onu Yaradanına doğru ucaldır və “qürb” məqamına yaxınlaşdırır.

Allahın son höccətinin hakim olduğu əsrdə insan varlığının bu hissəsi öz mahiyyətini tapacaq, bütün insani dəyərlər həyatın hər bir yönündə dirçələcәk, səfa-səmimiyyət, fədakarlıq, sədaqət, düzgünlük və bir sözlə, yaxşılıq adlanan hər bir şey bütün dünyanı örtəcək.

2. Ədalətin bərpası:

Əsrlər boyu insanlara dəyən ən böyük zərbə zülm və haqsızlıq olmuşdur. Bəşəriyyət müxtəlif sahələrdə öz hüquqlarından məhrum qalmışdır, maddi və mənəvi nemətlər insanlar arasında əsla ədalətlə paylanmamış və qarınları yeməklə dolmuş insanların kənarında ac-susuz insanlar da yaşamışlar. Minlərlə kvadrat metrlik yerlərdə tikilmiş saraylar və villaların kənarında çadırlarda, daxmalarda və daşlar üzərində yatan insanları danmaq olmaz. Təəssüf ki, həmişə varlı təbəqə – sərvət, məqam və qüdrət sahibləri zəif təbəqəni özlərinə kölə etmiş, ağdərililər qaradərililərə yalnız bədənləri qara olduğu üçün ölüm atəşi yağdırmış və çarəsizlərin haqları zalımların ayaqları altında əzilmişdir. Onlar həmişə ədalət və bərabərliyə çatmaq üçün günlərini saymış və ədalətin bərpa olunacağı günü gözləmiş və gözləməkdədirlər.

Bu intizarın sonu imam Mehdinin (ə) müqəddəs hökumətidir. O həzrət ən böyük ədalət rəhbəri olaraq aləmdə həyatın bütün ölçülərində, nəyin bahasına olursa olsun, ədaləti yayacaq. Bu şirin həqiqət onun gələcəyini müjdələyən bir çox rəvayətlərdə də açıqlanmışdır. İmam Hüseyn (ə) buyurmuşdur: “Dünyanın sonuna yalnız bir gün qalsa da, Allah həmin günü övaldlarımdan birinin zühur edib yer üzünü zülmlə dolduğu kimi, ədalətlə dolduracağı üçün uzadar. Mən bunu Peyğəmbərdən (s) eşitmişəm.”(“Kəmalud-din”, c.1, fəsil 30, hədis 4, səh.584.)

Bu mənanı ifadə edən rəvayətlarin sayı az deyildur və bütünlüklə, cahanşümul ədalətli hökumətin qurulması və sonuncu imamın hökumətilə yer üzündən zülmün qaldırılmasına işarədir.

Ədalət imam Mehdinin (ə) spesifik xüsusiyyətlərindəndir. Bəzi dualarda da o həzrət bu ləqəblə tanıtdırılmışdır: İlahi, ümid və ədalət qiyamçısı olan, intizarı çəkilən,gözlənilən vəlinə salam və salavat göndər.” (“Məfatihul-cinan”, “İftitah” duası.)

Bəli, o həzrət “ədalət” şüarını inqilabi hədəflərinin başlanğıcı qərar verəcək. Çünki ədalət insanın fərdi və ictimai həyatında rifaha çatması üçün ən böyük faktordur. Yer üzündə yaşayanlar ədalətli olmadıqda, yaşadıqlarını zənn edən ruhsuz ölülər kimi olarlar. İmam Kazim (ə) “Bilin ki, Allah yer üzünü öldükdən sonra dirildər.” – ayəsinin (“Hədid”/17) təfsirində buyurmuşdur: Məqsəd, yer üzünün yağışla dirilməsi deyil, əksinə Allah-Taala ədaləti bərpa edəcək insanlar göndərəcək və ədalətin (cəmiyyətdə) dirilməsi ilə yer üzü də diriləcək...” (Ayənin imam Mehdinin (ə) dönəminə aid olduğunu bildirən hədislərə diqqət yetirdikdə, onda qeyd edilən “insanlar” ifadəsində məqsədin o həzrətin dostları və əsgərləri olduğu anlaşılır. “Burhan”, c.7, səh.446.)

“Yer üzünün dirilməsi” ifadəsi cahanşümul ədalətin bütün dünyanı əhatə edəcəyi, müəyyən bir məntəqə və yaxud bəzi kəslərlə məhdud olmayacağına işarədir.

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده