خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, May 08, 2018 Xəbər kodu : 33439
“Addım ataq”/ Milli televiziyanın dini verlişlərinin aparıcısının Şəbistanla müsahibəsi:
İmam Zamanın (ə) əməllərimizə nəzarətini unutmayaq
Şəbistan xəbər agentliyi: Həsən Soltani dedi: Şiələr İmam Zamanın (ə) bəyəndiyi əməlləri etməlidilər. Bu zaman insanlar gizlində və aşkarda düzgün və bəyənilən əməllər edəcəklər. Əgər insanın əməllərini İmam Zaman (ə) bəyənsə, mütləq zühura zəmin yaranacaq.

 Milli televiziyanın dini verlişlərinin aparıcısı Həsən Soltani  Şəbistan xəbər agentliyinin Məhdəviyyət bölməsinə zühura zəmin yaradan “Addım ataq” xalq yürüşü sahəsi barədə verdiyi müsahibəsində bu sahədə milli televiziyanın ata biləcəyi addımlar haqda dedi: Milli televiziya və mədəni sahədə fəaliyyət göstərən bütün mərkəzlər İmam Zamanın (ə) dövrünün iki əsas xüsusiyyəti və bu dövrün ziyan və xəsarətlərinə diqqə t yetirməlidir.

 Həsən Soltani dedi: Milli televizya İmam Zamanın (ə) vücudunun bərəkətlərini açıqlasın və bu önəmli məsələni açıqlasın ki,

 یَملَأُ الله بِهِ الاَرضَ قِسطاً وَ عَدلاً کَما مُلِئَت ظُلماً و جَورا

Yer üzünü ədalət və haqla doluracaq, necəki zülm və haqsızlıqla dolmuşdur.” Əgər insan ədaləti yayan tanısa və bilsə ki, həqiqi ədalət yalnız onun əli ilə yayılacaq. Zühurdan başqa heç bir şey üçün dua etməz.

 Soltani dedi ki, televiziyalar İmam Zamanın (ə) qeybətinin uzun olmasının pis nəticələrini açıqlamalıdır. Milli televiziya İmamı tanıtdırmalıdır. Düşmən televiziyaların şübhələrinə cavablar versin ki, İmam Zamanın (ə) dövlətinin üzrərində olan toz aradan qalxsın. Bu zaman hamı bu dövlətin iş başına gəlməsini tələb edəcəklər.

http://shabestan.ir/detail/News/703048

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده