خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Sunday, May 06, 2018 Xəbər kodu : 33429

İnsanlara kömək edən yeddi xeyir əldə edər
Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər

Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər ki, onlarla tanış olaq:

 

1. Nəfsin paklanması. İnfaq insanı bir çox əxlaqi rəzil sifətlərdən pak edər və qəlbini saflaşdırar.

 

2. Ruhi hüzur gətirər. İnfaq insan üçün dünya və axirət ruhi hüzuru gətirər. “Öz mallarını gecə və gündüz, gizlin və aşkar(şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274).

 

3. Ruzinin artması. Quranın da verdiyi vədədə olduğu kimi, hər kim infaq və ehsan edər, Allah onun əvəzini verər və ruzisini artırar. “De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır». (“Səba” 39).

 

4. Allaha yaxınlaşmaq. İnfaq insanı Allahın sevimlisi edər və Onun qürbünə yaxınlaşdırar.

 

5. İctimai əmin-amanlıq. Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar. “Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız”. (“Muhəmməd (s) 38).

 

6. İlahi rəhmət və bəxşiş. Hər kim Allah yolunda infaq edər, Allahın rəhməti ona şamil olar və günahları bağışlanar.

 

7. Axirəti xeyirli olar. Ən kiçik infaq belə, Allahdan gizli deyildir. Bu infaq və ehsanlar onun əməl dəftərində yazılacaq və axirətdə mükafatını alacaqdır. (Tebyan)

 

İmam Hüseyn (ə) buyurur: “Bilin ki, insanların sizə müraciət etməsi və ehtiyacı olması – İlahi nemətdir. Ona görə də nemətdən üz döndərməyin. Əks halda bəlaya giriftar olarsınız”.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده