خبرگزاری شبستان

جمعه ۲۳ آذر ۱۳۹۷

الجمعة ٦ ربيع الثاني ١٤٤٠

Friday, December 14, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 03, 2018 Xəbər kodu : 33389

Qurtuluşu gözləmək də bir əməldir
Şəbistan Xəbər Agentliyi: Qurtuluşu gözləmək, yəni fərəcin intizarında olmaq əməl növündəndir. Belə ki, yalnız dildə söylənilmir. Bunun baş verməsi, zühurun həyata keçməsi üçün əməli addımlar atıb zəhmət çəkmək lazımdır. Belə ki, zühurun baş verməyinə maneə olan nöqsan və əngəllər cəmiyyətdə göz altına alınmalıdır.

Tanınmış dini təbligatçı Höccətül - islam vəl - müslimin Yəhya Cahangir Söhrəvərdi Şəbistan Xəbər Agentliyinin Qum üzrə bölgə müxbiri ilə söhbətində bildirdi ki, əgər şiə qaynaqlarına dəqiq baxsaq, bu məzhəbin gələcəyini olduqca aydın, perespektivli və ümidverici olduğunu görəcəyik.

 

 

Çox təəssüflər olsun ki, məhdəviyyət inancı və zühur təfəkkürü yalnız bir məzhəbin çərçivəsi daxilində ortaya qoyularaq həll edilir. Yəni daxili müzakirə obyektlərinə çevrilir. Halbuki bu nəzəriyyənin böyük potensialı vardır. Belə ki, gələcək haqqında öncədən proqnozlar verən, elmi öncədəngörmərlərlə məşğul olan araşdırmaçılara böyük kömək ola bilər.

 

 

Biz şiələr çox təəssüflər olsun ki, elə bir müntəzirlər, imamın yolunu gözləyənlər tərbiyə etmişik ki, onlar oturub İmam Məhdi (ə) - ın gəlməyini gözləyirlər. Bir halda ki, biz intizar üçün, Məhdi (ə) - ın gəlişi üçün oturub gözləyən yox, ayaq üstə dayanıb gözləyən müntəzirlər tərbiyə etməliyik.

 

 

Peyğəmbərimiz bir hədisdə buyurur:

“Fərəcin intizarı əməllərin ən əfzəlidir”.

 

Hədisdən də göründüyü kimi, qurtuluşu gözləmək, yəni fərəcin intizarında olmaq əməl növündəndir. Belə ki, yalnız dildə söylənilmir. Bunun baş verməsi, zühurun həyata keçməsi üçün əməli addımlar atıb zəhmət çəkmək lazımdır. Belə ki, zühurun baş verməyinə maneə olan nöqsan və əngəllər cəmiyyətdə göz altına alınmalıdır.

 

http://shabestan.ir/detail/News/702525

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده