خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, April 30, 2018 Xəbər kodu : 33362

Ali Rəhbər “İran məhsulları” sərgisində olub
Şəbistan Xəbər Agentliyi: İslam İnqilabının Böyük Rəhbəri, İmam Xomeyni(r.ə) hüseyniyyəsində keçirilən İran məhsulu sərgisində olaraq, istehsalçıların imkan və qabiliyyətləri, eləcə də onların problemləri ilə yaxından tanış olublar.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, dünən axşam keçirilən bu baxış zamanı Həzrət Ayətullahuluzma Xamenei müxtəlif bölmələrdə olan 77 İran məhsulu pavilyonuna baş çəkərək, istehsalçıların imkan və qabiliyyətləri, eləcə də onların problemləri, həmçinin əhalinin İran məhsullarına olan rəğbətinin miqdarı ilə yaxından tanış olublar.

 

İslam İnqilabının Böyük Rəhbəri bu baxış zamanı iranlı istehsalçılara təşəkkür edib, sərgidəki məhsulların keyfiyyətini yüksək qiymətləndirərək, ardı-arası kəsilməyən idxalatın qarşısının alınması və qaçaqmalçılıqla mübarizənin vacibliyini vurğulayıblar. O həzrət istehsalçıların problemlərinin izlənilməsi və həlli barədə göstərişlər veriblər.

 

Həzrət Ayətullahuluzma Xamenei İran məhsulu sərgisindən baxış keçirərkən İranın kooperasiya, əmək və ictimai rifah naziri Əli Rəbiidən istəyiblər ki, bu baxış zamanı əks etdirilən problemlərin həllini ciddi şəkildə izləsin.

 

İslam İnqilabının Böyük Rəhbəri 2018-ci il martın 20-də 1397-ci günəş ilinin başlanması münasibətilə verdikləri müraciətdə yeni ili "İran məhsuluna dəstək" ili adlandırdılar.

 

http://www.shabestan.ir/detail/News/702671

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده