خبرگزاری شبستان

چهارشنبه ۲۵ مهر ۱۳۹۷

الأربعاء ٧ صفر ١٤٤٠

Wednesday, October 17, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, April 28, 2018 Xəbər kodu : 33338

Peyğəmbəri (s) xatirladan ayna – Həzrət Əli Əkbər (ə)
Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü hicri-qəməri ilinin Şəban ayının 11-ci günü dünyaya göz açmışdır. Onun atası şəhidlər sərvəri imam Hüseyn (ə), anası isə Əbu Mürrət ibn Ürvət ibn Məsud Səqəfinin qızı Leyladır və imam Hüseynin (ə) böyük oğludur

Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü hicri-qəməri ilinin Şəban ayının 11-ci günü dünyaya göz açmışdır. Onun atası şəhidlər sərvəri imam Hüseyn (ə), anası isə Əbu Mürrət ibn Ürvət ibn Məsud Səqəfinin qızı Leyladır və imam Hüseynin (ə) böyük oğludur. Bu haqqda imam Zeynəlabidindən (ə) belə nəql oluinur:

...كان لي اخ يقال له عليّ اكبر منّي قتله الناس

“Mənim, məndən böyuk Əli Əkbər adlı qardaşım var idi ki, bu insanlar onu qətlə yetirdi...”

Nəql olunur ki, bir gün həzrət Əli Əkbər (ə) atası imam Hüseyn (ə) tərəfindən Mədinənin valisinə bir peyğam çatdırmaq üçün məmur olunur. Həzrət Əli Əkbər (ə) peyğamı Mədinə valisinə çatdırdıqdan sonra, vali ondan “Adın nədir?” – deyə soruşduqda, cavab verir: “Əli.” Vali soruşur: “Bəs qardaşının adı nədir?” Həzrət Əli Əkbər (ə) cavab verir: “Əli.” Vali əsəbiləşir və deyir: ما یُریدُ اَبُوك؟ – “Atan nə istəyir ki, bütün oğullarının adını Əli qoyub?”

Həzrət Əli Əkbər (ə) evə qayıtdıqdan sonra, bu hadisəni atası imam Hüseynə (ə) danışır. İmam Hüseyn (ə) buyurur: “And olsun Allaha, əgər Allah-Taala mənə on oğul versəydi, hamısının adını Əli və on qız versəydi, hamısının adını Fatimə qoyardım”.

Həzrət Əli Əkbər (ə) gözəllik və şücaətdə, əxlaq və rəftarda, xarici görünüş və qamətdə, həmçinin danışıq tərzində əziz İslam Peyğəmbərini xatırlayırdı. İmam Hüseyn (ə) onun ruhi kamilliyini, görkəmini və simasını vəsf edərkən buyurur: Əli Əkbər zahiri görkəmdə, əxlaqda, rəftarda, hərəkətlərində və danışığında Peyğəmbərə (s) oxşayırdı. Ailəmizin hər hansı bir üzvü Peyğəmbərin (s) simasını görməyi arzu etdikdə, onun gözəl simasına tamaşa edərdi. Yəni o, həm görünüşündə, həm də xasiyyətində Peyğəmbəri (s) xatırladan bir aynaya bənzəyirdi”.

Həzrət Əli Əkbər (ə) Aşura macərasında fəal iştirak etmiş, hər zaman atası imam Hüseynin (ə) kənarında olmuş və düşmənlərlə son nəfəsinə qədər mübarizə aparmışdır. Tarixdə göstərilir ki, imam Hüseynin (ə) karvanı “Sələbə” məntəqəsində düşərgə salır və imam Hüseyn (ə) azacıq yuxuya gedir. Yuxudan ayıldıqdan sonra ətrafındakılara buyurur: “Yuxuda mənə deyildi ki, ölüm sizi tezliklə behiştə doğru aparacaq”. Əli Əkbər (s) bu sözü eşitcək soruşur: “Atacan! Məgər biz haqqın tərəfində deyilikmi?” İmam Hüseyn (ə) buyurur: “Bəli! And olsun Allaha ki, biz haqqın tərəfindəyik!” Əli Əkbər (ə) deyir: “Bu zaman ölümdən qorxumuz yoxdur.” İmam Hüseyn (ə) oğlu Əli Əkbərin (ə) bu ifadəsindən çox sevinir və buyurur: “Oğlum, Allah sənə xeyirli mükafat əta etsin!” (“Muntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh.375.)

Əli Əkbər (ə) Kərbala faciəsində Bəni-Haşim tayfasından ilk şəhid olan şəxsdir. “Aşura” günü imam Hüseynin (ə) bütün səhabələri şəhadətə yetdikdən sonra, növbə o həzrətin nəslindən olanlara çatdıqda, hamıdan əvvəl meydana qədəm qoyan, İslam və Quran yolunda oxların, nizələrin və qılıncların önünə sinəsini gərən ilk şəxs imam Hüseynin (ə) böyük övladı həzrət Əli Əkbər (ə) olur.

Həzrət Əli Əkbər (ə) atası ilə vidalaşıb çadırlardan uzaqlaşana qədər imam Hüseyn (ə) onun gözəl görkəminə və uca qamətinə məhəbbət dolu bir nəzər salıb üzünü göyə tutaraq belə deyir:

اَللّهُمَّ اشْهَدْ فَقَد بَرَزَ إِلَيهِم غُلامٌ أَشبَهُ النّاسِ خَلقاً وَ خُلقاً وَ مَنطِقاً بِرَسُولِكَ (ص) وَ كُنّا إِذا اشْتَقنا إِلىٰ نَبِيِّكَ نَظَرنا إِلَيهِ

“İlahi, Sən Özün bu camaatın əleyhinə şahid ol! Onların üstünə həm əxlaqda, həm görkəmdə, həm də danışıqda Peyğəmbərinə (s) hamıdan çox oxşayan şəxs gedir. Biz nə zaman Peyğəmbərin simasını görmək istəsəydik, onun üzünə tamaşa edərdik...” (“Luhuf”, Seyid ibn Tavus, səh.113.)

Rza Şükürlü (Maide.az)

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده