خبرگزاری شبستان

چهارشنبه ۲۴ مرداد ۱۳۹۷

الأربعاء ٤ ذو الحجّة ١٤٣٩

Wednesday, August 15, 2018

Servis xəbərlərinin titri

Şəbistan xəbər verir

Məscidin zühura kadr hazırlamaqda rolu

İmam Mehdinin (ə) kərim dövlətində məscid İmamın hakimiyyətinin mərkəzi və yaşadığı yer olduğuna görə qeybət dövründə də məscidlər müntəzirləri əsas təlim və tərbiyə mərkəzlərindən olmalıdır. Məscidlər zühur üçün kadr hazırlamalıdır.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 25, 2018 Xəbər kodu : 33316

Səudiyyə Ərəbistanında çevriliş xofu – prosesin pərdəarxası
Aprelin 21-də gecə saatlarında Səudiyyə Ərəbistanında çevriliş xəbərləri yayıldı. Əvvəlcə sosial media, ardınca isə nüfuzlu agentliklər ər-Riyadda kral saraylarından birinin ətrafında atışma olduğu xəbərlərini yaydı.

Aprelin 21-də gecə saatlarında Səudiyyə Ərəbistanında çevriliş xəbərləri yayıldı. Əvvəlcə sosial media, ardınca isə nüfuzlu agentliklər ər-Riyadda kral saraylarından birinin ətrafında atışma olduğu xəbərlərini yaydı. Xəbərlərdə quru qoşunları komandanı Alukas Nepilsin çevriliş etdiyi və onun rəhbərlik etdiyi hərbçilərin saraya daxil olmaq istədiyi zaman atışma olduğu bildirilirdi.

Bu versiyanı təsdiqləyən sarayın ətrafından çəkilən videolarda isə təhlükəsizlik qüvvələrinə məxsus avtomobillərin sirena siqnalları və davamlı atəş səsləri eşidilirdi. O da bildirilirdi ki, kral Salman saraydan çıxarılaraq ər-Riyad ətrafındakı hərbi bazalardan birinə aparılıb.

Ancaq bir neçə saatdan sonra təkzib xəbərləri gəlməyə başladı. “Wall Street Journal”ın Dubaydakı müxbiri Marqarita Stansati hadisənin kral sarayı yaxınlığında dron (insansız uçan aparat- K.R.) görünməsi və onun vurulub salınması olduğunu yazıb. Ardınca oxşar açıqlamanı Səudiyyə Ərəbistanı rəsmisi “Reuters” Agentliyinə bildirib. Açıqlamada qeyd olunur ki, təhlükəsizlik qüvvələri ər-Riyadın Huzamə bölgəsində kral saraylarından birinin yaxınlığında dron görüb və atəş açılaraq yerə salınıb. Bazar günü isə Krallığın ölkə ərazisində dron uçuşunu qadağan etdiyi, yalnız rəsmi icazə ilə mümkün ola biləcəyi haqda fərman yayıldı.

Lakin hadisələrin bir icazəsiz dron uçuşundan ibarət olması inandırıcı gəlmədi. Bir sıra media orqanları, analitiklər çevriliş və ya saray daxilində sui-qəsd hadisəsinin ola biləcəyi haqda fikirlər səsləndirib. İlk növbədə hadisənin özü inandırıcı gəlməyib. Yəni Səudiyyə mühafizə qüvvələrinin bir drona görə saat yarım, hətta bəzi mənbələrə görə daha çox atışması mümkün deyildi. Üstəlik, hadisədən dərhal sonra internet filtirlənib və ən əsası krala məxsus GLF4 hospital təyyarəsi havaya qalxaraq cənuba doğru uçub. Ancaq təyyarənin kimi apardığı, hara getdiyi məlum olmayıb.

Bu səbəbdən də ehtimal olunur ki, sarayda sui-qəsd baş verib və “mühüm” şəxslərdən biri yaralıdır. Görünür ki, bu məsələni ört-basdır etməyə çalışırlar. Digər tərəfdən, bu ilin əvvəlində ordunun bir çox komandanları istefaya göndərilib. O cümlədən ötən il krallığa ən yaxın namizədlərdən biri olan, bundan öncəki kral Abdullah bin Əbdüləzizin oğlu Mutaib bin Abdullah vəzifəsindən uzaqlaşdırılıb. Yəni ordu içərisində narazıların olması mümkündür.

saudi arabia gun ile ilgili görsel sonucu

Təbii ki, dünyanın diqqətini cəlb edən Səudiyyə Ərəbistanı, necə deyərlər, sıradan ölkə deyil. Ərazisinə görə dünyanın 13-cü böyük ölkəsi olan Səudiyyə Ərəbistanı kəşf olunmuş neft ehtiyatlarına görə dünya ikincisidir. Eyni zamanda OPEC daxilində ən böyük neft ixracatçısıdır. Yəni bu ölkədə kiçik bir çaxnaşma dünya neft bazarında fırtınaya səbəb ola bilər.

Digər tərəfdən, krallıq onsuz da həddən artıq həssas və narahat bölgənin əsas hərbi-siyasi güc mərkəzlərindən biridir. Son illərdə bu ölkədə islahat sayıla biləcək ciddi addımlar atılır, bir sıra sərt şəriət qadağaları dəyişdirilir. Ötən il bir neçə dəfə saray daxilində silahlı toqquşma və ciddi gərginliklər baş verib. 33 yaşlı vəliəhd-şahzadə Məhəmməd bin Salman ölkədə bir sıra radikal islahatlara əl atıb. Qadınlara sürücülük hüququ, idman yarışlarını izləmək haqqı verilib, kinoteatr açılıb. Şahzadənin bu addımlarının radikal dini dairələrə və saraydakı rəqiblərinin sərt təpkisi ilə qarşılanacağını proqnozlaşdıranlar var. Ötən ilin noyabrında isə aralarında şahzadələrin və nazirlərin də olduğu 200-dən çox nüfuzlu şəxs həbs olunub. Bir şahzadə isə qaçmaq istəyərkən öldürülüb. Hətta vəliəhd-şahzadə Məhəmməd bin Salman ABŞ mediasına müsahibəsində sui-qəsdə məruz qalması ehtimalına işarə etmiş, buna görə islahatları sürətləndirdiyini, ölmədən dəyişiklikləri görmək istədiyini demişdi.

saudi arabia gun ile ilgili görsel sonucu

Yaxın Şərqin aparıcı dövlətlərindən biri olan Səudiyyə Ərəbistanında baş verə biləcək çevriliş və ya sui-qəsd bütövlükdə bölgənin taleyini dəyişə bilər. Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanı Yəmənə hərbi müdaxiləni davam etdirir. 2015-ci ilin 26 martından başlayan hərbi müdaxilənin əsas səbəbi Yəməndə hakimiyyəti ələ keçirmiş İrana yaxın husiləri, cəzalandırmaqdır. Bundan başqa, ötən ilin iyun ayından başlayaraq Səudiyyə Ərəbistanı və Qətər arasında “soyuq müharibə” davam edir. Krallıq Qətəri terrorizmi dəstəkləməkdə ittiham edir, ada dövlətini blokadaya alıb. Bundan başqa, Səudiyyə Ərəbistanı Suriyada Bəşər Əsədin devrilməsi kampaniyasını dəstəkləyir. Eləcə də Livanda Hizbullaha qarşı olan siyasi qüvvələri dəstəkləyir. O cümlədən İraqda bir sıra qüvvələrlə yaxından əməkdaşlıq edir.

Amma Səudiyyə Ərəbistanının ən böyük rəqibi və düşməni İrandır. Səudiyyə şahzadəsi özü də bu yaxınlarda bəyan edib ki, qarşıdakı 15 il ərzində İranla müharibə edə bilərlər. Çünki hazırda regionda iki dövlət arasında ciddi ideoloji, siyasi və hərbi rəqabət mövcuddur. Silahlanmaya böyük miqdarda vəsait xərcləyən ər-Riyad ABŞ-la olan dostluq səbəbi ilə Amerika ordusunun istifadəsində olan ən müasir silahları əldə edir. Eyni zamanda regionda bir çox siyasi. Hərbi və dini qruplara maddi dəstək verən ər-Riyad bölgənin aktiv oyunçusu hesab olunur. Bu ölkədə baş verə biləcək hər hansı siyasi kataklizm və ya çevriliş bütövlükdə regiona ciddi təsir edə bilər.

Bir sıra analitiklərə görə, son illərdə Səudiyyə Ərəbistanının əvvəlki illərlə müqayisədə həddən artıq aktivlik nümayiş etdirməsi, regionda bütün proseslərə müdaxilə etməsi son nəticədə ərəb dövlətinin özü üçün ciddi təhlükəyə çevrilə bilər. Cəlb olunduğu həddən artıq ağır silahlanma yarışı, ağır maddi məsrəflər, eləcə də regiondakı bütün siyasi, hərbi münaqişələrə qatılması krallığın çöküşünə və içəridən dağılmasına səbəb ola bilər. Yəmən müharibəsinin Ərəbistan ərazilərini təhdid etməsi, Qətərlə münaqişənin içəridə doğurduğu narazılıq (hələlik aşkar edilməsə belə - K.R.) daxildəki qəbilələrin narazılığı kimi faktorlar var. Bütün bunlar Səudiyyə Ərəbistanı üçün risk faktorlarıdır və hazırda baş verən proseslərin hər an bu riski doğurması mümkündür. Məhz bu səbəbdən də ölkədə ciddi hərbi rejim fəaliyyət göstərir, bütün dünya isə bu ölkədə baş verənlərə həssaslıqla yanaşır.

Kənan RÖVŞƏNOĞLU,

“Yeni Müsavat”

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده