خبرگزاری شبستان

چهارشنبه ۲ خرداد ۱۳۹۷

الأربعاء ٩ رمضان ١٤٣٩

Wednesday, May 23, 2018

Servis xəbərlərinin titri

Höccətül-islam vəl-müslimin Pənahiyan

Tənhalıq hissi Allahın ən çətin imtahanıdır

Şəbistan xəbər agentliyi: Höccətül-islam vəl-müslimin Pənahiyan dedi: Allah heç bir şəxsi gücündən artıq vəzifə təyin etmir. Allahın mehribanlıqı ilə tənhalıq hissi keçirtmək yalandır. Biz çox nizamlı bir dünyada yaşayırıq ki, Allahın mehribanlığını unutduğumuz zaman məhv olarıq.

Servis Əsas səhifə Zaman :   Wednesday, April 25, 2018 Xəbər kodu : 33313

Ruhani: Avropa Trampı razı salmaq istəyirsə öz cibindən xərcləsin, İranın yox
Şəbistan Xəbər Agentliyi: Həsən Ruhani nüvə anlaşmasına bir cümlənin əlavə olunmayacağını və yaxud bir cümlənin azalmayacağını bildirərək deyib: Avropa ABŞ prezidenti Donald Trampı nüvə anlaşmasında qalmağa razı salmaq istəyirsə, onun xərcini ödəməlidir.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın şimal-qərbində Şərqi Azərbaycan ostanına səfərinin sonunda keçirdiyi mətbuat konfransında Avropanın nüvə anlaşması məsələsində ABŞ-la müzakirəsinin İslam Respublikasına aidiyyəti olmadığını bildirərək qərb ölkələrinə xəbərdarlıq edib ki, İranın mənafeyinə zəmanət verilməsə, ortada heç bir anlaşma olmayacaq.

 

Nüvə anlaşmasının məğlubiyyətə uğradığı halda İranın yeni və əhatəli proqramlar hazırladığını bildirən İran İslam Respublikası prezidenti əlavə edib: ABŞ prezidenti bilməlidir ki, nüvə anlaşması məğlub olduğu halda, İran dərhal sülhməramlı nüvə fəaliyyətlərini davam etdirəcək.

 

Ruhani nüvə anlaşmasında heç bir dəyişikliyin qəbuledilməz olduğunu bildirərək deyib: Nüvə anlaşmasında dəyişikliyi istəyən ölkələr bilsinlər ki, ya nüvə anlaşmasını belə qəbul etməlidirlər, ya da onunla tamamilə sağollaşmalıdırlar.

 

Ruhani həmçinin ABŞ-ın regiondakı hərbi iştirakını tənqid edərək bu iştirakın nəticəsinin regionda destabilliyə səbəb olduğunu bildirib və deyib: Trampın ərəblərə "Mənə pul verin ki, sağ qalasınız" sözü islam dünyasının xalqlarını təhqir etməkdir.

 

İran prezidenti regionun bütün xalqlarının canı və etibarının İran üçün önəmli olduğunu bildirərək xatırladıb: İran həmişə regionda sülh və dostluq yolunu izləyir.

 

http://shabestan.ir/detail/News/701796

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده